Gələr
Yamanlıq eyləyən abdal olmalı,Yaxşılıq igidin əlindən gələr.Qartalın yavrusu qartal olmalı,Yarasa yarasa belindən gələr.
Günəşsiz, dünyaya şəfəq saçılmaz,Ulduzdan qaçılmaz, aydan qaçılmaz,Heyvanın aləmdə dili açılmaz,İnsana nə gəlsə dilindən gələr.
Yadlara yaranmaq qeyrətdən deyil,Bu illət sağalan illətdən deyil,Şairin şöhrəti qürbətdən deyil,Vətənindən gələr, elindən gələr.
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-geler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O şey ki insana gərək deyildir
O şey ki insana gərək deyildir,İnsanın gözündə qəşəng deyildir.
Xəndanım, ərdəmli ozanlarla olXəndanım, ərdəmli ozanlarla ol,Heç nədən qorxmayan aslanlarla ol!
Uca TanrımEşitdi səsimi o ulu Tanrım,Varlığı varlıqda nur dolu Tanrım.
Dünya dinləyirCılızlar ölümü anıb inləyir,Ərdəmli oğullar onu önləyir,