Çağıldayan tarın səsi,Bilməm, nə tilsim eylədi.Sarı simin titrəməsi,Ürəyimdə sim eylədi.

Sarı simin türküsündə,Sarı yarpaqlar ağlayar.Ayrılığın bürküsündə,Dərdli bulaqlar ağlayar.

Ağlama, ey sarı simim,Ey sarı bülbülüm mənim.Xəzan olar gül mövsimim,Xəzəllənər gülüm mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar