Siz ey iki fidanım,Oğlum, atam Xəndanım,Qızım, anam Aydanım,Eli yadırğamayın!

Yurddaşın – el gücüdür,Qəlb gücü, əl gücüdür,El gücü, sel gücüdür,Seli yadırğamayın!

Qoruyun gündoğanı,Duyun bu ərməğanı,Siz Şirvanı, Muğanı,Mili yadırğamayın!

Dönüklər uçarıdır,Uçarı qaçarıdır,Dil elin açarıdır,Dili yadırğamayın!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən