Göz xətindən mərdümin məhv etmədən bulmaz murad
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Göz xətindən mərdümin məhv etmədən bulmaz murad.Zaye eylər hüsnünü xəttin savad üzrə səvad.
Ola bilməz çini-zülfündən cüda göz mərdümü,Cari olmuşdur bu adət türrəsiz olmaz midad.
Könlün ahimdən tərəhhüm surətin göstərdi, leykMövcdən su nəqşinə çox etmək olmaz etimad.
Əşkü ahim nifrəti qət etdi eldən ülfətim,Cizginən çevrəmdə ya girdabdır, ya girdibad.
Keçdi təndən oxların, tənha qalıb dil, dəmbədəmNalələr eylər, keçən həmdəmlərin etdikcə yad.
Çaki-sinəmdən könül çıxdıqca şad olsam nola,Oylə afətdən yaqasın qurtaran olmazmı şad?
Şiveyi-şimşad qəddin görsə, eylər bağiban,Etidali-sərvdən əlbəttə səlbi-etiqad.
Mərdümün məhv etmədən olmaz xətindən didə şad,Bulmaz olmaq zövq xətlərdən açılmadan savad.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qoyma naqis əhli-dərd içrə Füzulini, təbib,Eylə bir dərman ki, dərdin edə gün-gündən ziyad.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-goz-xetinden-merdumin-mehv-etmeden-bulmaz-murad
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aşiq oldum yenə bir tazə güli-rənayəKi, salır al ilə hər dəm məni yüz qovğayə.
Məni candan usandırdıMəni candan usandırdı, cəfadən yar usanmazmı?Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Heyrət, ey büt, surətin gördükdə lal eylər məniHeyrət, ey büt, surətin gördükdə lal eylər məni,Surəti-halım görən, surət xəyal eylər məni.
Canı kim cananı üçün sevsə, cananın sevərCanı kim cananı üçün sevsə, cananın sevər,Canı üçün kim ki, cananın sevər, canın sevər.
Başqa şairlərin şeirləri
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
O gözəldi, bu gözəlNagah yerdən üç gözələ tuş oldum,Biləmmədim, o gözəldi, bu gözəl.
O göylərin altındaO göylərin altında səni tərk edən zaman,Tələsik addımlarla mən çıxanda otaqdan,
Qafqaz müsəlmanlarına xitabƏssəlam, ey əhaliyi Qafqaz,Ey rəisani-sahibül-ezaz!