Canı kim cananı üçün sevsə, cananın sevər
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Canı kim cananı üçün sevsə, cananın sevər,Canı üçün kim ki, cananın sevər, canın sevər.
Hər kimin aləmdə miqdarıncadır təb’ində meyl,Mən ləbi-cananimi, Xizr abi-heyvanın sevər.
Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd,Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər.
Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi,Qansı şuxun, bilməzəm, zülfi-pərişanın sevər.
Su ki, sərgərdan gəzər, başında vardır bir həva,Qaliba, bir gülrüxün sərvi-xuramının sevər.
Aqibət rusva olub mey tək, düşər xəlq ağızına,Kim ki, bir sərməst sali lə’li-xəndanın sevər.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edibQayəti derlər, ola bir bəndə sultanın sevər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-cani-kim-canani-ucun-sevse-cananin-sever
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yandı qəlbim, üzünə can nigarandır hələ də.
Könlüm eşqin ilə rüsvayi-cahan oldu bu günQəlbimin gizli olan dərdi əyan oldu bu gün.
Könül ağlar göz ilə bax o günəş rüxsarəIslanan pərdəsinə gözlərimin et çarə.
Dil əsiri-ol ləbi-gülbərgi-xəndandır yenəAdətim bülbül kimi fəryadü əfğandır yenə.
Başqa şairlərin şeirləri · Eşq
Sevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
Anlagil eşq nədir, dinlə, nə mənadır buAnlagil eşq nədir, dinlə, nə mənadır bu!Badeyi-lütfı-xuda, bəxşişi-mövladır bu!
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
OynasınGül eyvana çıxan dilbər,Qoy yel vursun, tel oynasın.