ورد منست نام تو یا مرتضی علی
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
ورد منست نام تو یا مرتضی علیمن کیستم غلام تو یا مرتضی علی
Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!Mən kiməm, – aləmdə bir kəmtər qulamın, ya Əli!
شکر خدا که سایه فکندهست بر سرماقبال مستدام تو یا مرتضی علی
Şükr ola Allahə kim, sayə salıbdır başıma,Dövləti-iqbal ilə lütfi-müdamın, ya Əli!
هر حکمتی که هست کلام مجید رادرج است در کلام تو یا مرتضی علی
Müshəfi-həqdə olan hər hikmətin mənasıdırHikmətin kanı olan hər bir kəlamın, ya Əli!
بهر نجات بر همه چون طاعت خدافرض است احترام تو یا مرتضی علی
Kim nicat istər qiyamətdə, gərəkdir saxlayaTaəti-həq tək həmişə ehtiramın, ya Əli!
مانند کعبه معبد انس و ملائک استهرجا بود مقام تو یا مرتضی علی
Cümlə insanlar, mələklər Kəbə, tək məbəd sanarHər yeri kim, orda olmuşdur məqamın, ya Əli!
در هر غرض که میطلبد از فلک کسیشرط است اهتمام تو یا مرتضی علی
Hər kəs istərsə cahanda çərxdən alsın murad,Kamə çatmaz, olmasa lütfi-tamamın, ya Əli!
Məqtə — şairin təxəllüsü olan son beyt. هر لحظه میرسد به فضولی هزار فیضاز خوان لطف عام تو یا مرتضی علی
Məqtə — şairin təxəllüsü olan son beyt. Lütf süfrəndən sənin hər ləhzədə min feyz alırBu Füzuli, vird edər həmdü səlamın, ya Əli!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-386
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həmişə dustum oldur, derəm ki, mal verib,Qılır təbiətimi bəsteyi-əlaqeyi-mal.
Necə bir nəfs təmənnası iləNecə bir nəfs təmənnası ilə,Yeməkü içmək ola dilxahın.
Ey qaziyi-xücəstəliqa kim, həq eyləmişEy qaziyi-xücəstəliqa kim, həq eyləmişSahibsəriri-məsnədi-hökmi-qəza səni!
Zülm ilə ağçalar alıb, zalimZülm ilə ağçalar alıb, zalimEylər ən’am xəlqə minnət ilə.