گر خدنگ غمزه را زین سان دمادم میزنی
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
گر خدنگ غمزه را زین سان دمادم میزنیکشته گردد عالمی تا چشم بر هم میزنی
Vurursan, ey gözəlim, qəmzə oxları bu qədər,Dolar bir anda bu aləm cəsədlə sərtasər.
نیست ممکن بیش ازین بیداد گر سنگیندلیبر وفاداران خود سنگ جفا کم میزنی
Vəfalılardan əsirgərsən öz cəfa daşını,Bu, daşürəkliyinə bir dəlil deyilmi məgər?
دانه در دام بهر صید مرغی مینهییا به قصد دل گره بر زلف پرخم میزنی
Düyün vuranda telə qəsdi-canım eylərsənVə ya tora quş üçün dən səpirsən, ey dilbər?
این که داری در غمش ای دل صدای گریه نیستخنده بر غفلت دلهای بیغم میزنی
Könül, iniltilərin ağlamaq sədası deyil,Gülərsən halına bir şad qəlb görsən əgər.
ای که در سر ذوق جام وصل داری نیست دورگر ز مستی سنگ رد بر ساغر جم میزنی
Başında varsa əgər zövqi-vəsli cananın,Gərək bu yolda daşa çırpasan dolu sağər.
شمع شام فرقتم بگذار تا سوزم رفیقمیکشم خود را اگر از منع من دم میزنی
Fəraq axşamının şəmiyəm, saqın, ey dust,Nəfəs çəkib mənə “yanma” desən həyat bitər.
Məqtə — şairin təxəllüsü olan son beyt. برگزیدی از همه عالم فضولی فقر رادولتی داری که استغنا به عالم میزنی
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, eyləmisən fəqri intixab, aləmSənin bu dövlətinə eyləyər həsədlə nəzər.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-387
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ta səcdəgahım olsun sən gəzdiyin o yerlər.
Bizimlə zahidin felində bunca kim, təfavüt varNədir illət bizə ondan yetər hər ləhzə min azar?
Ey üzün gülşəni gülzari-cahandan rəna.Nə qədər var güli-rəna üzün ondan rəna.
Yandı qəlbim, gözdə qanlı qətrələr vardır hələOd sönübsə, şöləmizdə yüz şərar vardır hələ.
Başqa şairlərin şeirləri · Eşq
Qədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
GörəsənSallanıb çıxanda gül xiyabandan,Od tutub alışan narı görəsən.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
GərəkdirŞair olub şeir, dastan yazanın,Ellərin qəlbində yeri gərəkdir.