سوخت دل صد قطره خون در چشم تر دارد هنوز
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
سوخت دل صد قطره خون در چشم تر دارد هنوزمرد آتش شعله با صد شرر دارد هنوز
Yandı qəlbim, gözdə qanlı qətrələr vardır hələ,Od sönübsə, şöləmizdə yüz şərar vardır hələ.
چشمها بگشاده بر رویم ز خوناب جگربر نگشته دل ز من با من نظر دارد هنوز
Bədnəzərdən öz ciyər qanilə olmuş çillə dağ,Olmayır rahət könül, məndə nəzər vardır hələ.
داغهای تازه از جسم ضعیفم کم نشدالله الله این درخت خشک بردارد هنوز
Tazə dağlar cismi-zarimdən mənim əksilməyir,Allah-allah, bu quru şaximdə bər vardır hələ.
برکشیدم آه لیکن درد دل تسکین نیافتتیر بیرون رفته پیکان در جگر دارد هنوز
Ah çəkdim, qəlbimin dərdisə təskin tapmadı,Ox çıxıb peykan ilə bahəm, ciyər vardır hələ.
خالی از تصویر مجنون نیست لوح روزگارنیست چون من او درین عالم اثر دارد هنوز
Lövhi-aləmdən deyildir xali Məcnun surəti,Mən tək olmaz dəhrdə, ondan xəbər vardır hələ.
گفتم ای بی درد در عشق تو بیخود گشته امگفت عاشق نیست این از خود خبر دارد هنوز
Söylədim: eşqində yox, ey yar, özümdən bir xəbər,Söylədi: aşiq deyil, ondan xəbər vardır hələ.
Məqtə — şairin təxəllüsü olan son beyt. شد دو تا قد فضولی از غم گردون ولیمیل ابروی بتان سیمبر دارد هنوز
Məqtə — şairin təxəllüsü olan son beyt. Qəddini əymiş, Füzuli, möhnəti-çərxi-fələk,Xatirində bir kamanqaş, simbər vardır hələ.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-206
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Səhər dost zülfünə şanə çəkəndə,Yayılar aləmə ha bular, bular.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən