Ah kim, sən getdin, ey ay üzlü, can qaldı mana
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ah kim, sən getdin, ey ay yüzlü, can qaldı mana,Can səninlə getdi cismi-natəvan qaldı mana.
Taki sən getdin yanımdan ey dilaramım mənim,Haləti-vəslin könüldə pasiban qaldı mana.
Gərçi gülzari-cəmalın getdi qarşımdan mənim,Dildə mehri-qamətin sərvi-rəvan qaldı mana.
Gər nihan oldu gözümdən ol pəri-peykər sənəm,Göydə mah anun yüzündən bir nişan qaldı mana.
Məqtə — şairin təxəllüsü olan son beyt. Taki səndən ayrı düşdi bu Xətai xəstədil,Buyi-muyin müşk ilə ənbərfişan qaldı mana.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-ah-kim-sen-getdin-ey-ay-yuzlu-can-qaldi-mana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ta kim, zülfin niqabi mahtab üstündədir,Bir bulud nisbətlidir, kim, afitab üstündədir.
Ta səri-kuyində bu könlüm müqim olmuş dururTa səri-kuyində bu könlüm müqim olmuş durur,Dil məqami baği-cənnati-nəim olmuş durur.
Təala şanəhu əkbər, bu nə hüsni-dilaradırTəala şanəhü əkbər, bu nə hüsni-dilaradır,Cəmalın huridən yeyrək, boyun tubadan əladır!
Vəchində peydadır sənin əncari-zati-kibriyaVəchində peydadır sənin ənvari-zati-kibriya,Ol yüzə qarşuda da şərməndədir şəmsüz-züha.
Başqa şairlərin şeirləri · Hicran
Atəşin göynər özü sineyi-suzanımçün,Bəhr hər dəmdə açar didəyi-giryanımçün
از باغ کفر و اسلام یک میوه چیده عاشقیعنی از این دو مذهب حق را گزیده عاشق
GəldimFirqətindən ey dilbəra,Təngə yetib, cana gəldim.
Vurma o qarə tellərinə şanə, sevgilimVurma o qarə tellərinə şanə, sevgilim,Etmə məni bəlakeşi-divanə, sevgilim.