Ekizlər yol ayrıcında
Hamımıza,
Sevinc verdi yaz səhəri
Bir atanın,
Bir ananın ekizləri.
Ana südü,
Nazlı balınc, qoşa beşik.
Gülşad eyvan,
Yaşıl bağça, o ev-eşik...
Hər nə varsa,
Ekizlərin malı oldu.
...Vaxt yetişdi
Onlar daha yaşa doldu.
Pillələri,
Bir qalxdılar, bir endilər.
Bir biçimdə
Geyindilər, keçindilər,
Bir-birindən
Seçilmədi baxışları.
Bir gəzdilər,
Enişləri, yoxuşları.
...Bu atanın,
Bu ananın bir eybi var.
Bir səpgidə
Böyümədi bu uşaqlar!
Aylar keçdi,
Vaxt ötüşdü, il dəyişdi.
Bir mənzildə,
Onlar tamam ikiləşdi.
Ürəkləri,
Ha qırıldı, ha calandı.
Fikirləri,
Arzuları haçalandı
Selə düşmüş
Yarğan kimi yeyildilər.
Elə bil ki,
Bir ananın deyildilər.
Biri elin,
Ürəyinə tel bağladı.
Biri qərbin,
Yad könlünü varaqladı.
... İndi durub,
Düşünürük onları biz.
Qarşımızda
İki ögey – iki ekiz.
Biri ipək...
Biri tamam ayrı canda.
Böyük dərddir! –
Ekizlər yol ayrıcında!..
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-ekizler-yol-ayricinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
İmişCibgirləri var ki, gözdən qıl qapar,Hər biri bir yandan ölkəni çapar,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,