Ömür yolları
Əqrəblər fırlanır... əriyir gecə,Qəlbim həkk olunur ağ varaqlara.Ömrümdən bir yarpaq dərib gizlicə,Bu gün də çəkilir lap uzaqlara.Bu vaxt dan sökülür... yeni bir səhər,Qoynunda sevimli şirin nəğmələr.Ömür yollarıma səpib gül-çiçək,Mənə “buyur” deyir gülümsəyərək.
Deyirəm, ömrümdən keçsə də illər,Sabaha getsəm də əlimdə əsa.(Keçdiyim yollara baxaydı ellər,Axı yaşamaram ellər olmasa).Mən nəfəs dərərək çevrilib geri,Süzərək keçdiyim ötən günləri,Həyat dil açaraq deyəydi birdən:– Xeyirxah əməllər carçısısan sən.
Kim bilir, bəlkə də elə o zaman,Başıma toplaşıb gələcək nəsil.Könül dəftərimin varaqlarından,Fikrimi, hissimi biləcək nəsil.Baxıb alnımdakı qırışıqlara,Gözümdə parlayan saf işıqlara.Ömür yollarını duyub dərindən,Bərk-bərk tutacaqlar öz günlərindən...
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-omur-yollari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey gözəllik Kəbəsi, sən qibləgahimsən mənim,Mən gədayi-eşqinəm, sən padişahimsən mənim.
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Qəm odu ciyərin suyunu aldıCiyərim yandıqca səbrim azaldı.