Ey qapımı döyən il
Ey qapımı döyən il,Səni görməsəm də mən,Gül dəstə bağlamışamSəninçin qar gülündən.
Ləpir salıb qar üstə,Düz qapıma gəlmisən.Evimdəki qonaq tək,De, sən də gözəlmisən?
Hələ köhnə ilimiz,Süfrənin başındadır.Ömrü bir il olsa da,Özü yüz yaşındadır.
Yüz arzu, yüz xəyalı,Çatdırdıqca o, başa.Neçə şoran düzəni,Bəzəmişdir qumaşa.
Onun qısa ömründə,Neçə şaxta qazılmış.Dövlətinin ən gözəl,Qərarları yazılmış.
Saçına dən düşsə də,Əməlləri cavandır.Ey qapımı döyən il,Qonağım mehribandır.
Onun saldığı kəndlər,Şəhərlərlə yarışır.Baxıb bu xoş ülfətə,Günəş ayla barışır.
Gəl, yaxın gəl, təzə il,Köhnə il yol üstədir.Kiçik övlad həmişə,Özünü çox istədir.
Tez ol, bu son gecənin,Parolunu söylə sən!Əqrəblər qayçı tutmuş,Son təqvimə deyəsən.
Saniyələr damcı tək,Yerə düşməmiş donur.Yağan qar pəncərəmə,Kəpənək kimi qonur.
Bütün cahan bir anlıq,Nəfəsini saxlamış.Öz buz dodaqlarilə,Nəfəs almır qarlı qış.
Şaxta çaylar üstünə,Naxışlı şüşə salır.Uzaq yollar qısalır,Saniyələr daralır.
Zamanın ovcundadır,Bu gecənin ürəyi.Dəyir nəfəsimizə,Yeni ilin küləyi.
Açılır VətəniminGeniş darvazaları.Yeni il daxil olur,Əlində sülh baharı.
Badəmizi içirik,Onun sağlığına biz.Daha da gözəl olsun,Qoy bu azad ölkəmiz!
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-ey-qapimi-doyen-il
← → düymələri ilə keçid, R — təsadüfi şeir