Ey gözəllik Kəbəsi, sən qibləgahimsən mənim
Ey gözəllik Kəbəsi, sən qibləgahimsən mənim,Mən gədayi-eşqinəm, sən padişahimsən mənim.
Özgə bir cananə cövründən şikayət etmərəm,Hər cəfa etsən yenə, öz dadi-xahimsən mənim.
Can verib, ya canım alsan, ixtiyarım səndədir,Acizəm qarşında, guya ki, allahımsan mənim.
Zülfi-rüxsarın əsiri mahə salmaz mehrini,Sən buludlardan çıxan bir məhru mahimsən mənim.
Seyr qılmış könlümü naz ilə məhzun gözlərin,Müşki-ənbər tirəli ahu nigahimsən mənim.
Mən bu fəqrimlə sənin eşqində fəxr etsəm nolar?Dövlətim, fəxrim, pənahim, izzü cahimsən mənim.
Vahidəm, cana, fərəhdən yüksələrdim göylərə,Lütf edib bir dəm desən kim, xaki-rahimsən mənim.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-ey-gozellik-kebesi-sen-qiblegahimsen-menim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Göstər, ey gül, üzünü bülbüli-şeyda gülsün,Gözlərin şövqi ilə nərgisi-şəhla gülsün.
Etdi pünhan zülf içində ol mələksima üzünEtdi pünhan zülf içində ol mələksima üzün,Gizləmiş əbr içrə san məhru-cahanara üzün.
Olmuşam bir bimürüvvət yar əlindən dilfikarOlmuşam bir bimürüvvət yar əlindən dilfikar,Eylərəm cövrü cəfasından o şuxin ahü zar.
Fələk, bu hali-zarimdən mənim əhli-cahan ağlarFələk, bu hali-zarimdən mənim əhli-cahan ağlar,Fəraqi-yaridə könlüm edib hərdəm fəğan ağlar.
Başqa şairlərin şeirləri · Eşq
(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
ŞamamaCan verib yüz minnət ilə almışam,Göndərirəm səni yarə, şamama!
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.