Olmuşam bir bimürüvvət yar əlindən dilfikar
Olmuşam bir bimürüvvət yar əlindən dilfikar,Eylərəm cövrü cəfasından o şuxin ahü zar.
Şəksiz, aləmlər olur rövşən əgər zülmət isə,Əbri-zülfün eyləsə ol mahim üzündən kənar.
Aşiqi-dil xəstəyə verməz zəkati-hüsnünü,Sayilə, bu rəsmdir kim, lütf qılsın tacidar.
Ey könül, səbr et xəzani-hicrə, adətdir bu kim,Ruzi-əzzəldən yazıblar hər xəzanə bir bahar.
Dilbəra, püstanmidir, sinədə ol təppə nədir,Ya ki, sərvə yel dəyib, gülşəndə titrər iki nar?
Dami-zülfün, danə xalındır, məgər ruyin çəmən,Gözlərin səyyadtək dil mürğünü eylib şikar.
Vahida, yaz bu sözü gər yoxdu, qeyri mümkünün,Ta hüzuri-Vaqifi ustadə eylə bir güzar.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-olmusam-bir-bimuruvvet-yar-elinden-dilfikar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəsdir bu fırıldaqların, ay bədyəxan oğlan,Son ver bu həyasızlığa, bir yol utan, oğlan!
Tənqidimiz SabiranədirTənqidə eşqi var, qələmim mahiranədir,Hər söz ki yazdı, baməzədir, Sabiranədir!
Var elə oğlan ki...Kirpi dayı, hər dəfə keçməz belə,Öz gələcək günlərini fikr elə,
Özün öl!Vermə ölmək xəbərin xalqa yalandan, özün öl!Ölməyib sağdır o sən sevməyən insan, özün öl!