Etdi pünhan zülf içində ol mələksima üzün
Etdi pünhan zülf içində ol mələksima üzün,Gizləmiş əbr içrə san məhru-cahanara üzün.
Leyli saçlı bir pəri Məcnuna döndərmiş məni,Rəhmə gəlməz, tutsa da ahım odu dünya üzün.
Yüz gözəl öz sevgilimdən başqa, açmaz könlümü,Şübhəsiz, Məcnuna göstərsin gərək Leyla üzün.
Yarsız, gül üzlü canansız büsati-badədəQan olur könlüm, gözüm görsə meyi-həmra üzün.
Yüz könül min naz ilə baxdıqca qan etsin gərək,Göstərincə aşiqə bir dəm o gül rəna üzün.
Bir mənim könlüm deyil divanəsi məhrulərin,Mən kimi yüzlərlə məcnunlar tutub səhra üzün.
Zülfdən, divanədəndir hər sözün, Vahid, yenə,Göstərər bir gün sənə ariflər istehza üzün.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-etdi-punhan-zulf-icinde-ol-meleksima-uzun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məni, ey tazə gül, hicrində giryan eylədin, getdin,Misali-bülbüli-şuridə nalan eylədin, getdin.
Gözəlim, gül üzünə el-hamı heyrandı səninGözəlim, gül üzünə el-hamı heyrandı sənin,Fitnəkar, şux baxışın işvəli ceyrandı sənin.
Zülfi-ənbərşikəni ol büti-şəkkərsüxəninZülfi-ənbərşikəni ol büti-şəkkərsüxəninSaldı səhralərə müşkini qəzali-Xütənin.
Gördülər ta o gülün nərgisi-məstanələrinGördülər ta o gülün nərgisi-məstanələrin,Saldı saqilər həsəddən yerə peymanələrin.
Başqa şairlərin şeirləri · Eşq
Ona qanad verən öz xəyalıydı,Məskəni dağların yaşıl yalıydı.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Cümə günEy könül, haqqa iladət qıl Cümə gün,Zikr eylə, qəlbin pasını sil Cümə gün.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,