Könlüm çox istədi yarı göreydi,Yaraşarmı qoyxa yara, qal indi.Çəkə bu dərdimi - yarı göreydim,Ölsəm barı sala, yar, a qal indi.

Gör sinəmdə belə yar arı dağlar,Sızıldar bal deyin yar, arı, dağlar.Sən bəslə yar üçün yar arı dağlar,Səfalı yaylaqlar, yara qal, indi.

Tifl olan büsatın hər ay əmməni,Qafreyi-teyi, nə hər ayəm məni.Gətirmə naleyə, harayəm məni,Daha sağlığınan, yara qal indi.

Qurban yandı şəmin ayağı kimi,Niyə kəc baxırsan, a yağı kimi.Siyah zülfün çalıb a yağı kimi,Ürəkdə yadigar yara qal indi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq