Niyə qorxur adamlarQəbristandan gecələr?Sükutu buza dönmüşLal məkandan gecələr?!

Lap xəyalən qorxuluGecə orda görünmək;Vahimədən titrəyibRuhu xofa bürünmək.

Gül-çiçəkli qəbirlər,Bər-bəzəkli qəbirlər;Ehtişamlı qəbirlər,Ehtiramlı qəbirlərZülmətdə qara devdir,Ay işığında ağ dev.

Hesabsız başdaşları,Hədər suallarımaCavabsız başdaşları

Əyilib düzəlirlər;Elə bil addım-addımÜstümüzə gəlirlər...

Burda bir xışıltıdanAğlın çıxır başından;Lap əzizinin beləQorxursan baş daşından.

Xəyalında yarılırQırmızı, qara mərmər;Yerlə yeksan qəbirlər,Unudulan qəbirlər.

Kəfənlər qanad çalırBəyaz qağayılar tək;Dünya dolub-boşalır,Dolanır çərxi-fələk.

Ayağının altındanBir daş qaçdı - vahimə.Qaranlıqda

İşıldaböcəkUçdu - vahimə.

Yel titrətdi bir kolu,-Bir ağacı - vahimə.Əlinə dəfn etdiyinQardaş-bacı-vahimə...

Laylayla dəfn etdiyinKörpə uşaq - vahimə.Şanlı şəhid - vahimə;Cəsur, qorxaq - vahimə.

Ölülər gözümüzəGörsənir diri-diri;Yox, yox, daş səltənətiZənn etmirik bu yeri.

Niyə qorxur adamlarAxır mənzillərindən?Burda qorxulu nə varDüşünsələr dərindən.

Düşündün-düşünmədinDəxli yox zərrə qədər;Qəbristan vahiməli,Qorxuludur gecələr...

27 fevral 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm