Yadımdadır çocuqluqdaƏziz bayram gecələri…Anam, atam, üç qardaşım,Qoca nənəm, bir də əri.

Toplaşırdıq bir süfrəninGülə-gülə dövrəsinə.Nənəm derdi: – Qurban olumYaradanın süfrəsinə.

Bir sininin kənarındaYaxılırdı iki-üç şam,Qarşımızda şəkərbura,Noğul-nabat, püstə-badam.

Hələ üskü axşamları,Qiyamətdən nişanədir.Oynamaqçın çocuqlaraBöylə günlər bəhanədir.

Ocaq yaxıb, od qalayıbÜzərində atlanırdıq.Oynayırdıq yorulduqca,Yorğunluğa qatlanırdıq.

"Gün çıx" deyə, "Gün çıx" deyəÇalxanırdı sevincimiz."Kəhər atı min çıx" deyəQışqırırdı ən dincimiz.

Əynimizdə təzə paltar,Başımızda təzə papaq.Odlu məşəl əlimizdəDolaşırdıq soqaq-soqaq.

Qışqırırdıq, bağırırdıqÖlçə-ölçə küçələri.Söz qısası, xoş keçirdiBizə bayram gecələri.

Sabah Novruz bayramıdırDeyə-deyə yatıyorduq.Çəkdiyimiz acılarıSevinclərə qatıyorduq.

Bu axşamsa mən yalnızam,Ətrafımda yox bir kimsə.Qapdırmıyor bu yalnızlıqFəqət məni qeyri hissə.

Mən bu gecə sabahı bəkliyorum səbirsiz,Sabah məndən xəbərsizAnlamıyor həycanımı, duyğumu;Zəncirləyib gözlərimdə uyqumu.

İçində bir yatağan qıvrılıb gərinmədə,Xəyalən xəyalıma al şəfəqlər sinmədə.Yox bu gecə mən özümdən fərqliyim.

Qarşımda bir kalendar…Baxmaqdayım, baxınmaqda haqlıyam.Istiyorum bir ruzgarPəncərəmdən əsə-əsəBir nəfəsə,Bu gecəyi unudulmuş gecələrə çevirsin.

Bir ruzgar ki, şəffaf barmaqlariləBir vuruşda devirsinSon dəmini yaşayan bu yaprağı,Bir ruzgar ki, büllur dırnaqlariləTırmalasın otuz deyə mana baxan varağı.

Bu varağın arxasındaÇünki şanlı bir mayis var,Bir mayisin yaxasındaQıpqırmızı bir köküs var.

Bir köküs ki, yeni həyatSevdasilə dalğalanır.Yfüqlərdə çalıb qanatŞəfəqlərdə yırğalanır.

Odur ki mən sabahı bəkliyorum səbirsiz,Sabah məndən xəbərsizAnlamıyor həycanımı, duyğumu;Zəncirləyib gözlərimdə uyqumuIçində bir yatağan qıvrılıb gərinmədə,Xəyalən xəyalıma al şəfəqlər sinmədə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri