Mədəndə bu gün fırtınalar var,Çalxanmada ətrafa axınlar.Avralçıların coşqunudur bu,Div səsli maşınlar kimi gurlar.

Bir xeyli zamandır hərəkət yox,Məhsullu buruqlarda kəsir çox.Bir işçi gəlib vəcdə deyir ki,– Tez verməliyik işlərə talçok!

Min at gücü varkən canımızda,Can yox nə üçün fantanımızda?Minlərcə nöyüt haləsi parlarHər damla qızılgöz qanımızda.

Bir dəm yapışın güclü qolumdanFeyz almaq üçün böylə hücumdan.Mən zərbəçi bir işçiyəm, əsla,Ölsəm belə dönməm ki, yolumdan!

Avral nə deməkdir? Geri getmək.Lazım bunu bilmərrə yox etmək!Avral bizim əskikliyimizdir;Yüksəkliyimizdir – çatıb ötmək!

Mədəndə bu gün fırtınalar var,Çalxanmada ətrafa axınlar.Avralçıların coşqunudur bu,Div səsli maşınlar kimi gurlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri