Anadan olmasının 50 illiyi münasibətilə

Dedim şeir yazım ona...Sonra gördüm mən, doğrusu,Yamanca zor bir işdir bu!Atdım həmən bir kənaraİnad şair cürətini,Çəkdim yalnız bir kağıza,Sizə tanış, mənə tanışOnun şair surətini!Saçlar dümağ, bahar qarı,Gündə yanmış geniş alın,Xoş bir sifət!O sifətdə bir iftixar,Bəzən də bir yorğunluq var!Diqqət etsən: zaman-zaman,Cəbhə yarıb ordu basan,Sonra isə məhəbbətlə,Keçmişinə nəzər salan,Öz işindən, hünərindən,Şirin-şirin ləzzət alan,Bir əsgərdə olur əlbət,Belə alın, belə sifət!Orda qalın qaşlar altdaDaim yanan iki göz var:Ümman kimi o gözlərinAram-aram axışında.Və bəzən də qəzəb dolu,Alov dolu baxışında.Şüar kimi dildə gəzən,Dostlara bir arxa olan,Düşmənləri döyüb əzən,Qılınc taxmış neçə söz var!O gözlərin baxışınaEtsən əgər sən tamaşa:O baxışlar həyat verir,Duran qəlbə, soyuq daşa.O baxışlar bir ölkənin,Bir torpağın baharıdır.O baxışlar dost millətlər;Qardaş xalqlar dünyasındaAzad olan,Xoşbəxt olanBir millətin vüqarıdır!O baxışlar bir hörmətdirUzaq-yaxın insanlara,Orda böyük sevgi sözü,Ən şirin bir nemət kimiDüşmüş bu gün dastanlara!Orda Xəzər şahə qalxmış,Kür də sakit axıb gedir,Orda Vaqif şeir yazır,Bəsti şirin söhbət edir!Orda Eldar nərə çəkirDöyüşlərdə cəsarətlə!O gözlərdə xeyirxahlıq,Saf məhəbbət, mehribanlıq,Körpə uşaq təbəssümü,Bir də dönməz qəhrəmanlıq.Tükənməyən bir dövlətdirO gözlərin parıltısıKönüllərə bir zinətdir!O gözlərin mənasınaYer də dardır, göy də dardır,O gözlərdə yazılmamışHələ neçə əsər vardır!..Dedim, şeir yazım ona:Sonra gördüm mən, doğrusu,Yamanca zor bir işdir bu!

Atdım həmən bir kənaraİnad şair cürətini,Çəkdim yalnız bir kağıza,Sizə tanış, mənə tanışOnun şair surətini!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri