Əlim əlinə dəydi:Gözümdə güldü çəmən,Qəlbimdə açdı lalə,Hər şeydə səni gördüm:– Nə xoşbəxtəm! – dedim mən.Bu söhbət düşdü dilə...Əlim əlinə dəydi:Ətir saçdı kainat –İnsan ətri,Gül ətri,Sənin ətrin, əzizimGözəlləşdi bu həyat, –Torpaş geniş!.. Göy uca!..Dünya deyilmi bizim?Əlim əlinə dəydi:Qoluma gəldi qüvvət,Günəş könlümdə yandı!Yaşardımmı söylə mənOlmasaydın əgər sən,Olmasaydı məhəbbət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar