Özgələrə
Ah gör kim genə yar oldu nigar özgələrə,Qoşulubdur yüzü gülbərgi-bahar özgələrə,Göstərir şəmi ruxi leylü nahar özgələrə,Yəni bizdən usanıb ülfəti var özgələrə,Tərk edib aşiqini oldu düçar özgələrə.
Həmdəmim qeyr olub, ləli-ləbim, mahvəşim,Xətti-xali-xütənim, çeşmi-siyahi-həbəşim,Dilbərim, simibərim, işvəgərim, laləvəşim.Dövrü dönmüş fələkə bax ki, mənim badəkəşim.Saqiyi-məclis olub, cam tutar özgələrə.
Mənə həm yar idi, həm munisü həm dilbər idi,Mən ona çakər idim, həm o mənə sərvər idi,Nə mənə bəlkə tamam aləmə taci-sər idi,Nəqdi-canimi alıb çox mənə naz eylər idi,İndi gör müftə verir busü kənar özgələrə.
Səngdil rəhm elə ki, könlüm olub şişə mənim,Salmısan şamü səhər başımı təşvişə mənim,Dövrü dönmüş fələk, et halımı əndişə mənim,Bilmədin qədrimi ey şuxi-cəfapişə mənim,Axırı üzü dönük oldu düçar özgələrə.
Həzər et, sərzənişi-xəlqdən ey bisərü pa,Gəzmə əğyar ilə sən bəsdir usan, eylə həya,Qüdsiya, sən biləsən yoxdu gözəllərdə vəfa,Lənət olsun buların zatına hər şamü səba,Ki, mənim sirr sözümü eylədi car özgələrə.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-ozgelere
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil,Pirəhən yox, bəlkə bir beytül-həzən peyda deyil,
Aman ki, ol zalim canan ğarəti-can edib getdiAman ki, ol zalim canan ğarəti-can edib getdi,Bu sinəmi bir şuridə qələ, zindan edib getdi.
Arizu eylər könül dildar gəlsin, gəlmədiArizu eylər könül dildar gəlsin, gəlmədi.Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.
Bica yerə etmir qaşına səcdə hər əhbabBica yerə etmir qaşına səcdə hər əhbab,Çünki sayılar qiblə hər an guşeyi-mehrab.
Başqa şairlərin şeirləri · Eşq
Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Məzə dağıYenə gəlib bahar fəsli,Süsən, sünbül, Məzə dağı,
Qəzəl: İç şərabi-nab, özün, saqi, mənə məstanə baxİç şərabi-nab, özün, saqi, mənə məstanə baxGah çeşmi-şəfqət ilə, gahi bi-rəhmanə bax
Müşkə oxşar saçlarından meh ərməğan göndər bizə!Başı bağlı bir tükünü, yar, həvadan göndər bizə!