İblisə «sud» etməliyəm
Ta canım cismdə var həqqə qunut etməliyəm,Bu yalan ölkədə mən həqqi sübut etməliyəm.
Qələmimdən saçılan odlu qığılcımlar ilə,Yandırıb çoxlarını sonra sükut etməliyəm.
Neçə illərdi yazıq xəlqə əzablar verilir,Əvəzin çıxmalıyam, sanma unut etməliyəm.
Hansı namərd ki, qıyıbdır anamın göz yaşınaƏlimə keçsə onu butreburut etməliyəm.
Bu qədər milləti İblis belə ağlar ki, qoyub,İmamım Məhdi ilə İblisə «sud» etməliyəm.
Gəlin iymanə dinə, Pünhana səs gəldi yenə,Çıxacaq yaxşı güeə xəlq, umud etməliyəm.
9 noyabr 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-iblise-sud-etmeliyem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tutub yolun hər insan – öz istiqamətində,Həris dolayı, məzlum – düz istiqamətində.
Qır qazanındaBir gün yanacaqsan fələyin «qır qazanında»,Heç çıxmayacaq zərrəcə cınqır, qazanında.
Olub arvad bu ki?!Qalıb işsiz bu kişi, hər gün işi dad bu ki,İşinə yad düzəlib, öz işinə yad bu ki.
Üzdə «şram» gözlənilirZaman ötdükcə halaldan da haram gözlənilir,Belə minval ilə bir dambadaram gözlənilir.
Başqa şairlərin şeirləri · Vətən
Bir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.
Əzm eylə diyari-ŞirvanıƏzm eylə diyar-ı ŞirvanıQət eylə rəh-i Azərbaycanı
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.