Tərif elə
Əvvəli təhrif, sonu tərif elə,Əmr kimindir, onu tərif elə.
Yadlara atma, tutularsan nahaq,Doğmaya at, patronu tərif elə.
Tərif əzəldən bizə ləzzət verib,Məmmədi pislə, Conu tərif elə.
Doğruya, tonlarla «klin» vurmuşuq,Vur yenə killin, tonu tərif elə.
Can bizə lazım deyil əsla, belə,Canda donub qan, donu tərif elə.
Bəzmi-Füzuli Bakıda təkdi, tək,Sal yada hərdən bunu, tərif elə.
Axırı, Pünhan, qoyunu qurd yedi,Qurda de əhsən yunu tərif elə.
16 iyun, 1997, Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-terif-ele
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gün-güzəranım sənə ar olmalıydı, olmadı,Səndəkindən məndə də var olmalıydı, olmadı.
Gecələr ağladıDərdinə hər yan, gecələr ağladı.Tapmadı dərman, gecələr ağladı.
Haqq sözün yaz üstünəYaz gələndə bağlara bülbül qonar yaz üstünə,Çox gələr çox üstünə, çox az gələr az üstünə.
Vətən yazıqSolubdur «Xarı bülbül»lər, olubdur bu çəmən yazıq,Uçubdur sarı bülbüllər, qalıb sərvi-səmən yazıq.
Başqa şairlərin şeirləri · Vətən
جانش مباد، هرکه کند از تو دل بری
Bu bayramdaKönüllər şad olan gündür – bu bayramda, bu bayramda,Vətən azad olan gündür – bu bayramda, bu bayramda.
شبم ز شهر برون برد و راه خانه نمودچو وقت آمدنم دیر شد بهانه نمود
Torpaqdan yaranan hər yaşıl ot, baxHəsrətdən nəmlənmiş kirpikdir ancaq.