Olmalıydı, olmadı
Gün-güzəranım sənə ar olmalıydı, olmadı,Səndəkindən məndə də var olmalıydı, olmadı.
Bilmədim insan həyatıyçün, məkan bir şərt imiş,Sən kimi qarnım mənim «şar» olmalıydı, olmadı.
Keçməliydi bizdə yaltaqlıqlar üzrə bir yarış,Az.TB dünyada «Oskar» olmalıydı, olmadı.
Ey səxavətlə prezidentə ürək verrəm deyən,Sürtülən üzlərdə astar olmalıydı, olmadı.
Əyri yollarnan ömür sürdün ki, artsın müddəti,Səncə ömrün xeyli miqdar olmalıydı, olmadı.
Allah eşqiynən bu yurdda yanmalıydı hər adam.Bu səbəbdən yurdum «odlar» olmalıydı, olmadı.
Bildilər, bildirdilər, imkan tapıb öldürdülər,Millətə çox şeylər aşkar olmalıydı, olmadı.
Ey özü bizlərdən ikən xofva qul Az.Radio,Şad xəbərlərdən qulaq kar olmalıydı, olmadı.
İblisi məğlub edib ağ günlərə çıxmaq üçün,Zənnim ilə hamı dindar olmalıydı, olmadı.
Olduğundan, Pünhanın üstündə Allahın əli,Yazdığı çox yerdə inkar olmalıydı, olmadı.
9 may 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-olmaliydi-olmadi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə qədər toxlar arasında doyanım yoxdu,Kasıbın doymağına zərrə kümanım yoxdu.
Yoğunlar arasındaİllərlə ömür sürdük azğınlar arasında,Doymaq sifəti yoxmuş quzğunlar arasında.
Qəlbi də məşəldən olurBizdə hər bir işin "ispisok"u əvvəldən olur,Sonra bu əvvəli bayraq kimi yüksəldən olur.
Yarı ağlar, yarı yoxOğlumuz şortik geyibdir - yarı şalvar, yarı yox,Qız da bir paltardadır ki, yarı paltar, yarı yox.
Başqa şairlərin şeirləri · Vətən
Kiprin ay-ulduzlu torpağındaDörd fəslin dördündə də
DağlarYenə sizi gördüm, könül tərlanıVətən dağlarına uçdu, a dağlar.
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Azərbaycan el marşıBiz dünyanın qorxu bilməz bir qəhrəman eliyik,Alovlardan yaranılmış Azərbaycan eliyik.