Dərdinə hər yan, gecələr ağladı.Tapmadı dərman, gecələr ağladı.

Ruzi kəsildi, özü pir, can zəif,Baxmadı canan, gecələr ağladı.

Ac balasın basdı yanan bağrına,Tutdu gözün qan, gecələr ağladı.

Qış günü buzdandı, soyuqdan canı,Olmadı yorğan, gecələr ağladı.

Kimsə o biçarəyə borc vermədi,Öldü acından, gecələr ağladı.

Əl açıb Allahdan ölüm istədi,Dinmədi Sübhan, gecələr ağladı.

Oğlunu tapşırdı qara torpağa,Vermədi ehsan, gecələr ağladı.

Axırı əl açdı keçidlərdə o,Ağladı vicdan, gecələr ağladı.

Qaldı «o kimsə», elə pünhan kimi,Öldü o, Pünhan gecələr ağladı.

24 sentyabr 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm