Mən bu cahana sığmazam
Məndə sığıbdı yüz dükan, mən bu dükana sığmazam,Hər cür haramla köpmüşəm, «Cip»də sükanə sığmazam.
Çox yeri dar etmişəm, yardımı var etmişəm,«Axçini» yar etmişəm, təxtə divanə sığmazam.
Torpağı ta itirmişəm, şəhrə pənah gətirmişəm,Mərdəkanı bitirmişəm, dinə-imanə sığmazam.
Haram mənim, halal sənin, bəhər mənim zaval sənin,İynə mənim, çuval sənin, çıxsa əyanə sığmazam.
Salmışam hər yana bina, qandan əlimdə var həna,Burdan o yana bir yana, burda bu yanə sığmazam.
Əcəm düçar olub yasa, leyk nicat var hardasa,Haqq zamana sığmasa, mən bu cahana sığmazam.
Həm Baba, həm də Pünhanam, Adəm atamla bir canam,Həqq dağında vulkanam, bil ki, nihanə sığmazam.
31 dekabr 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-men-bu-cahana-sigmazam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu Vətənimin günü belədir, uzunu qısa eni belədir,Ata-babamın geni belədir gora desələr gora gedirik.
Səbəbkarə şükürBorc verir faizə dost dostuna, əğyarə şükür,Ölüb öldürmə hələ yoxdusa dostlarə şükür.
Meydan belə dirçəldiRuh verdi Xuda cismə, insan belə dirçəldi,Heç olmadı insanda, nöqsan belə dirçəldi.
Ayrapalan şəklindəDəyişir dövr zaman içrə yaman şəklində,Görürük indi badımcanı banan şəklində.
Başqa şairlərin şeirləri · Vətən
Şikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
Əziz vətənVətənimiz bir xəzansız bağçadır,İllər boyu nobaharı var onun.
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,