İllərlə ömür sürdük, kabuslar arasında,Gah erməni icması, gah ruslar arasında.

Dost aşnaya tor hördük, düşmənləri dost gördük,Hər sirri açıb tökdük, dəyyuslar arasında.

Küfr ölkəsi din-dirdir, zinaları çin-çindir,Təqsirsizi min-mindir məhbuslar arasında.

Bizlərdə geyim şərtdir, bu şərt ilə bizlərdə,Çöl eşşəyi bosmandır, matroslar arasında.

Kimya tozu pak etməz, namus ləkəsin əfsus,Çoxdur ləkəli namus, namuslar arasında.

Vaciblisi sərvətdir, sərvət də ki, rüşvətdir,Rüşvət də ki, dəhşətdir viruslar arasında.

Dəryada bir inci biz, torpaq girinci biz,Lüttükdə birinci biz, induslar arasında.

Çox günlərimiz fani, xoş günlərimiz ani,Axtar Baba Pünhanı məyuslar arasında.

10 dekabr 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən