Sınacaq çanaq başında
Yenə dərd içində Pünhan oturub varaq başında,Döşəyir acı həqiqət sınacaq çanaq başında.
Bu zavallı, dərdli xəlqin, kədəri, qəmi, əzabı,Yığılıb gəlib bu axşam, doludur qonaq başında.
O Qarabağın maralı bulaq üstdə can verəndə,Bulağın gözü tutuldu, o gecə, o dağ başında.
Kəsilib cavan yaşından, yekə bir bulaq başından,Hələ on əsr də keçsə, qalacaq qulaq başında.
Başaçıq Qarabağımçün təzə «şapka»lar tikirlər,Dedilər gələn əsrdə olacaq papaq başında.
Öz «Ocaq» kitabı ilə, Zamanın cavabı ilə,Yanacaq cəhənnəm içrə, Balayan ocaq başında.
Yenə «Qulp»a çıxdı Pünhan, döşəsin acı həqiqət,Vurasan ona dubinka, qoyasan yamaq başında.
20 mart 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-sinacaq-canaq-basinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Haram alıb marağmızı, ağ atlı oğlan hardadır?Aram tutub qırağmızı, ağ atlı oğlan hardadır?
Kim hara deyir, ora gedirikBu Vətənimin günü belədir, uzunu qısa eni belədir,Ata-babamın geni belədir gora desələr gora gedirik.
Səbəbkarə şükürBorc verir faizə dost dostuna, əğyarə şükür,Ölüb öldürmə hələ yoxdusa dostlarə şükür.
Meydan belə dirçəldiRuh verdi Xuda cismə, insan belə dirçəldi,Heç olmadı insanda, nöqsan belə dirçəldi.
Başqa şairlərin şeirləri · Vətən
Saldı heyhat cahan mülkünə şöhrət bahalıq,Bir para xalqa verir xeyli əziyyət bahalıq.
DünyanıAnası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.
Ana torpaqAna torpaq, ana torpaq!Dilə gəldi sazım yenə.
Fərhad mənəm kim, belə şirinsüxənim varFərhad mənəm kim, belə şirinsüxənim var,Bir arizi gülgun, ləbi şəkkər-şikənim var.