Səyyad olan seyrə çıxar səhraya,Ya tərlan axtarar, ya dağı gəzər.Eşqin atəşini salar canına,Çəkər sinəsinə ya dağı gəzər.

Dildə zikr eyləyən Sinaya gələr,Ayaqdan can çıxar sinaya gələr.Əzrayıl qeyznən sinaya gələr,Yığılar qəssalar yad ağı gəzər.

Dağda sehr eyləyən şir indi hanı?Dahanda ləzzəti şirinidi hanı?Sənətkar axtarır: Şirindi, hanı?Qatar ləzzətinə yad ağı gəzər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri