کو دلی کانده کسارم بود و بس
کو دلی کانده کسارم بود و بساز جهان زو بودهام خشنود و بس
مرغ دیدی کو رباید دانه رامحنت این دل هم چنان بربود و بس
من ز چرخ آبگون نان خواستماو جگر اجری من فرمود و بس
چرخ بر من عید کرد و هر مهمماه نوصاع تهی بنمود و بس
من زکات استان او در قحط سالهم بصاعی باد میپیمود و بس
ز آتش دولت چو در شب ز اخترانگرمیی نادیده دیدم، دود و بس
مایهٔ سلوت به غربت شد ز دستدل زیان افتاد و محنت سود و بس
تا به تبریزم دو چیزم حاصل استنیم نان و آب مهران رود و بس
زیر خاک آساید آن کز تخم ماستتخم هم در زیر خاک آسود و بس
چون بروید تخم محنتها کشدمحنت داسش که سر بدرود و بس
آتش از دست فلک سودم به دستکو به پای غم چو خاکم سود و بس
عودی خاک آتشین اطلس کنمز آب خونین کاین مژه پالود و بس
گرچه غم فرسودهٔ دوران بدممرگ عز الدین مرا فرسود و بس
بر سر خاکش خجل بنشست چرخنیم رو خاکی و خون آلود و بس
مه به اشک از خاک راه کهکشانگل گرفت و خاک او اندود وبس
گفتم ای چرخ این چنین چون کردهایپس به خون ما توئی ماخوذ و بس
هم ز عذر خود تظلم کرد چرخکان تظلم گوش من بشنود و بس
بر لباس دین طراز شرع رالفظ و کلکش بود تار و پود و بس
مهدی دین بود لیکن چون مسیحبر دل بیمارم او بخشود و بس
جاه و جانی بس به تمکین و حضوربر تن و جان من او افزود و بس
گرچه در تبریز دارم دوستاندوستی جانی مرا او بود و بس
بعد از او در خاک تبریزم چکارکابروی کار من او بود و بس
Cahanda qəmlərimi təkcə bir duyan var idi,Fərəhli günlərim olmuşsa, o səbəbkar idi.
Görübsən ac quşu, bir danəni necə qaçırar?Elə qaçırdı mənim qəlbimi kədərlə qübar.
Fələkdən istədiyim bir qarın çörəkdi əgər,Fələk dedi: - Ciyərini yeyər sənin kimilər.
Hər ay başı mənə bayram büsatı qurdu fələk,Hilal boş qabını göstərib dedi: - Ye görək!
Qəhətlik ildə zəkat istədim fələkdən mən,Neçə çanaq külək ölçdü, dedi: - "Apar məndən!"
Dedim: Yanar gecə bəxt ulduzum, oyaq qaldım,Kor etdi tüstü məni, istiyə damaq qaldım.Əlimdən aldı səadət ümidini qürbət,Könül ziyanı apardı, qazancı - qəm, möhnət.Əlim çatar nəyə Təbriz kimi şəhərdə? Budur,Yarım çörək və gözümdə Acıçayın suyudur.Bizim toxumdan olan torğara düşüb qalmış,Toxum bu torpağın altında dinçini almış.Toxum göyərsə əgər, möhnətə düçar olacaq,Kədər orağı biçib başım, yerə salacaq.
Əlindəki odu əzdim əlimlə, yandı fələk,Odur məni qəm ayağıyla əzdi torpaqtək.
Qarışdı qanla su, kirpiklərimdən axdı yerə,O torpaq udunu döndərdi atəşin göhərə.
Məni bir ömr qəmin pəncəsində əzdi zaman,İzzəddinin ölümü bağrımı edibdir qan.
Məzarı üstə, xəcalət çəkib, oturdu fələk,Axıtdı torpağına qanlı göz yaşın seltək,
Qatıb da göz yaşı Ay, kəhkəşan torpağına,Suvaq hazırladı aliməkan torpağına.
Dedim: - Fələk, nə edibsən, bu nə fələkətdir,Məgər bizə qan içirmək səninçin adətdir?
Fələk utandı işindən, qopardı ahü fəğan,Qulaqlarımla eşitdim ki, ağlayırdı o, qan.
Şəriət əyninə dinin əli biçəndə libas,Onun sözü, qələmindən ən-arqac aldı əsas.
O, dinə Mehdi ikən, halımı görüncə yaman,Məsih oldu mənə, etdi dərdimə dərmanı.Vüqarı, hörməti, təmkini rəhbər oldu mənə,Bu can, bu şan ilə şövkət müyəssər oldu mənə.Mənim, neçə-neçə, Təbrizdə yaxşı dostum var,O, təkcə dost idi ki, dosta can edərdi nisar.Nə bağlayir məni Təbrizə, yoxsa İzzəddin?Onunla arzularım torpağa gömüldü yəqin.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qeside-115
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Ey fələk, netdim həmişə gözləyib azanmı,Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.
Çürüdüİstəyirəm qələm alım söz yazım,Sel-sel oldu sinəm başı çürüdü.
صنما هر نفسی در گذرت میبینمبر دل و دیده و جان جلوهگرت میبینم
QoşmaMən özüm də bir yazıyam,Taleyin yazdığı yazı.