Kamil ovçu durub ov bərəsində,Qorxuram ovlaqdan ay azam indi.Sərim dumanlıdır, köksüm odludur,Dağılıb çiskinim, ayazam indi.

Dərd veribsən bundan artıq daha nə,Gözəlliyin bundan artıq daha nə.Ləblərini əgər versən dahanə,Beymürvət, demirsən, ay az əm indi.

Bilən yoxdur nədi ismim, nədi adım,Kimə çatdı nə fəryadım, nə dadım,Əldən gedib nə ləzzətim, nə dadım,Bilmirəm əsmandı, aya zəmindi.

Abdullayam, sərim nə qalam indi,Dərdim üçün gərək nəq alam indi,Nə kağız tapmıram, nə qələm indi,Götürəm, dərdimi a yazam indi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri