Bir vaxt çocuğun oldum,Sevginlə sənin doldum,Sənsiz saralıb soldum,Sənsən öz elim, Təbriz,Təbriz, gözəlim Təbriz!

Can yandı xəyalınla,Eşqinlə, məlalınla,Kaş, bir də vüsalınlaİlhama gəlim, Təbriz,Təbriz, gözəlim Təbriz!

Gendən baxaram, gendən,Çıxmaz Arazım çəndən,Dünya dağıla, səndənƏl çəkməz əlim, Təbriz,Təbriz, gözəlim Təbriz!

Bir də səni görməzsəm,Hicranı bitirməzsəm,Bir müjdə gətirməzsəm,Sanma düzəlim, Təbriz,Təbriz, gözəlim Təbriz!

Qalmış Savalan bax, tək,Düşmən gülür alçaqtək,Qoy, bağrını mizraqtəkQoşqarla dəlim, Təbriz,Təbriz, gözəlim Təbriz!

Bitsin bu əzan bir gün,Coşsun bir ozan bir gün,Getməzsə xəzan bir gün,Getməz xəzəlim, Təbriz,Təbriz, gözəlim Təbriz!

Sən bir ulu niyyətsənBaşdan-başa ziynətsənSonsuz əbədiyyətsən,Sənsən əzəlim, TəbrizTəbriz, gözəlim Təbriz.

Cəlladlar əyilməzsə,Matəm günü ölməzsə,Bayram günü gəlməzsə,Gəlsin əcəlim, Təbriz,Təbriz, gözəlim Təbriz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən