Sənsən eşqim, dinim, imanım mənim,Ən böyük, ən ülvi loğmanım mənim,

Hər bəlamın intizarı sənmisən,Sənmisən hər dərdə dərmanım mənim?!

Göstərərdim hüsnünü hər ölkəyə,Ölkədə olsaydı imkanım mənim.

Göy üzündə hər nə gördüm səndədir,Yer üzündə səndədir şanım mənim.

Kainatda Ay sənin, ulduz sənin,Sən günəşdən nurlu vicdanım mənim.

Qoynun olmuş sayrışanlar qaynağı,Sönməyən ruhu çırağbanım mənim.

Bircə gün ömr eyləməz sənsiz Zəka,Ey Azərbaycanım, ey canım mənim!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri