Didərginlər
(Saleh Gəncər və başqaları)
Qərib yer cənnət olsa,ölməyə vətən yaxşı.Xalq yaradıcılığından
İstanbulda bir günSaleh Gəncər adlı biriqonaq çağırdı evinə bizi.Dedi: “Razı olsanız,çağırım bu gecəyəbir neçə didərgini.Azərbaycanlını”.– Ev sizin,ixtiyar sizin! – dedik.Razılaşdıq, getdik.Dörd otaqlı mənzili varSaleh Gəncərin;İstanbulun orta göbəyində.
Saleh Gəncəlidir,arvadı türk qızı türk.Qonaq gedirik deyəbiz də az-çoxhədiyyə götürmüşdük.Saleh özü gedib vətəndənbeyninin qaynar çağı.Macəralar romantikasıməst eləyib14-15 yaşlı uşağı.Saleh özü gedib vətəndənqürbət elə.İndi yana-yana qalıb.Var-dövləti,məktəbdə kimya müəllimliyi,ürəyində, beynində yuvalanmışamansız qürbət ilə.Peşmanam demir.Güzəranım yaxşı,dost-aşnam.Ancaq Boğaziçinə baxandahər axşam,yadıma Xəzər düşür.Xatirələrimlə bacara bilmirəm.Fikrimi, xəyalımıgöynəklərdən qaçıra bilmirəm.Peşmanam demir Gəncər.Ancaq qırx ildən sonrayenə yerli türklərgöyərtiyə “səbzə” deyir.Saleh – pencər.Peşman sözü cılız gəlir Salehə,yaralıyam deyir.Burda evim-eşiyim,orda ana beşiyim,bilmirəm haralıyam deyir.Dərs deyir,maaşı da, şükür, az deyil.Ancaq haqlı deyir ki,ürək qarın deyil,boğaz deyil;yeyib-içdin,dinc qoysun səni.Ürək Göygölü istəyir,burda füsunkar Bosfor,Van gölü varsa da.ürək xəzri istəyir.Mərmərə küləkləri, hər yaz başıqanadında məniadaların yuxu-güllüklərinə aparsa da,Ürək dinc qoymur məni.Kəpəzi istəyir,Sarı yalı,Xəzəri istəyir.Bir söz:vətəni istəyir,doğma elləri istəyir.Hamar olmayıbömür yolum,yıxılmışam,durmuşam da.İndi dincimi alırammüəllimlik peşəmdə...Baxıram sağ yanımda biribaşını alıb əlləri arasına.Xəstədir bəlkə?Yan-yana düzülürağ süfrədəgöz yaşından neçə ləkə.O biri arxa tərəfdə,özü bu məclisdədir,fikri yox.Xəyalıyla gəzir yəqinömrünün yolunudöngə-döngə,oyuq-oyuq.
Əvvəlcə söhbətimiz“Hə!”“Yox!” olur.Sükut olur,baxış olur.Get-gedə əriyir buz,sanki məclisəünsiyyət dolur,yaxşı dolur.DanışırıqAzərbaycandan,Qədim Gəncənin bu günündən.Qarabağdan, Naxçıvandan.Arazbasardan, Kür qırağından,Bakının aləmə car olmuşşöhrətindən, sorağından.Məclisimizdə əlliyə qədər adam –deyərdim xəyaldır,qulağıma inanmasam,gözlərimə inanmasam.Bir anlıq sükutdantəşvişə düşən müsün bir kişidilə gəlir;“Bax, üzümədiqqətlə bax, deyir, qardaş,gözünə qurban olum.Danış, qardaş, deyir, danış,hər kəlmənə,sözünə qurban olum”.Bu, nə sentimentdir,nə xoşa gəlmək arzusu...O, susuzdur,hər kəlməmiz –bir qaşıq su.
Biri əczaçıdırhəmməclisimizin,gəlsəm, deyir, necə olar?Mən bu davada əsir düşmüşəm,yaralı deyildim,nə yalan deyim,ancaq,yaşamaq istəyirdim, yaşamaq.Taleyim belə gəldi,nə vətəndən incimiş,nə xalqımdan küsmüşəm.Ancaq...xaindeyirlərbizə xain,gəlsəm necə olar?Ürəyim deyil arxayın...Baxıram sarı bənizli,açıq alınlı,qəmgin üzlüəczaçı-didərginə,Gülümsəmək istəyirkərkinə-kərkinə.Bəlkə də peşmandır dediyinə.Məhkəmənin hökmünü gözlər kimigözləyir cavabımı.Bilmək istəyir fikrimi.Gəlin, deyirəm,vicdanınız ləkəsizdirsə,istəyiniz düzdürsə;nankorluq olmayıbsafikrinizdə, işinizdə.Nankorluq olmasın həm dəbu gedişinizdə.Üzbəüz oturmuş qocadərin bir ah çəkir,yanıqlı bir ah.Yan otaqda yandım deyir“Yetim segah”Gözlərdə yaş,dodaqlarda acı bir sual.
ya get, ya qal!Dəqiqələr əriyir, gedir.Nə istidir otağın havası,nə yanıqlıdırBülbülün zənguləsi,nə qəmlidir Zeynəbin nəvası.Sanki bu evin ən qiymətli varıvətən mahnılarıbir kədər yolundan keçibgəliblər bura;hər sözü yandıra-yandıra,hər xalı qovura-qovura.Bir gənc də var burda –cənublu.Qəlbimizin cənubundan.Dindirsən qan ağlayanhəzin cənubumuzdan.Sinəsi həsrət dolu,gözləri yaş dolu.“Göz yaşımla sularamTehran yolunu,Qaragilə!Tehran yolunu!”Yetməzmi bu göz yaşı, qardaş!Yetməzmi ahınyandırdı dağı-daşı, qardaş!
Nəğmə çırpınır otaqda –yaralı quş!Məclisdəkilər dinməz-söyləməz oturmuş.Ömür yolunu göz yaşı ilə sulayanlar.“Bura da mənim vətənimdirmənə yuva verib,duz-çörək verib.Ağır günümdə yaşamağa ümid,dözməyə ürək verib.Baxıram gözləri çuxurda,baxışları nigaran,dodaqları cansızqarabuğdayı adama.“Nə həsrət,nə qüssə...”O da didərgindir,Lakin yol tapa bilməzVətənəbütün yollarıyan-yana düzsən.Dörd gözlü mənzili varSaleh Gəncərinİstanbulun orta göbəyində.Bir də gecə-gündüz oyaqhəsrəti varSaleh Gəncərinürəyində.
...Bu dəfə İstanbuldaqara çərçivədə şəklini verdilər mənəSaleh Gəncərin.Bir dəstə dostlarıylahələlik gəzməyə gələcəkmiş vətənə.Bir səhər yuxudan oyanmayıbNazim kimi.“Can qurtarandan” çağırıblar həkimiqurtarmalı can çoxdan gedibmiş.Doktor yazıb: infarkt miokardo:Doktor hardan bilsin, hardan,Saleh Gəncərinürəyinin elə bir yarası varmışki, onun nə təbibi,nə çarası varmış.
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-diderginler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Gəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
AyrılıqMən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,
SəttarxanBu şeir 1946-cı ildə Təbrizdə “Şairlər məclisi”nin*təşkil etdiyi müsabiqədə ikinci dərəcəli mükafata*
Mərd oluBizim elin dəliləriGirər meydana mərd olu,