Deyirsən: aç söylə, olub keçəni!Bu uzun gecəni,məhzun gecəni,ötən xatirata həsr eyləyək, gəl.Kim bilir,bəlkə də yaxındır əcəl.Deyirsən: – İllərlə soruşmamışam,könlümdə əriyən maraq adlı şamyandırıb qəlbimi,ancaq, yenə mən,o keçən ömründən,keçən günündənxəbər almamışam.İndi söylə, gəl!Bəlkə yalan deyil,bəlkə var əcəl.Mən dedim:– Sən, ömrün yolunda mənə rast gəlib,könlümü eşq ilə çəkib bağlayan!Sən, təmiz adıyla başım yüksəlib,namərd tənəsindən məni saxlayan!Sən, nəcib qəlbindədərdi, məlalı,küləkdən qoruyan məhəbbətimi.Pərişan baxışı,məhzun xəyalısınaqdan keçirən sədaqətimi.Sən, dərdli günümdədərdimi bilən,ağır yollarımınsadiq yolçusu!Ağlarkən ağlayan,gülərkən gülən.Sən, yanar qəlbimə sözü –sərin su.Könül dedikləribağlı otaqdır.İnsan bilmironu kim açacaqdır.Onun gizlin qalan yüz qapısı var:sevincdən açılar,qəmdən açılar.Bəzən bağlı qalan bu qapılardanbirini dəaçmaq olmayır, inan!Bəzən də açarkən qapını,heyhat,yol yarımçıq qalır,qırılır həyat...Dolaşıq yaranıb ömrün dastanı.Gəncliyi qaytaran bir qüvvət hanı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri