Məhəbbət elə bir ismət evidir,onun qapıları bağlı gərəkdir.Onun sığındığı etibarlı yerinsan sinəsindəadi ürəkdir.Ürək süfrə deyilgəlib-gedənəaçasan,var-yoxum bax, budur, – deyə.Məhəbbət çeşməsi qardan yaranmır,töküb dağıdasanbir sudur – deyə.Yüz sözü, yüz sirridosta desən də,məhəbbət sirrini özündə saxla!O tək səndə deyil,səninki deyil,açıb saçacaqsan söylə,nə haqla!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri