Şərəfnamə, fəsil 50
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
دگر روز کاین ساقی صبحخیزز می کرد بر خاک یاقوتریز
دو لشگر چو دریای آتش دمانگشادند باز از کمینها کمان
دگر باره در کارزار آمدندبه شیر افکنی در شکار آمدند
دَرای جگرتاب و فریاد زنگز سر مغز میبرد و از روی رنگ
همان کوس رویین و گرگینه چرمنه دل بلکه پولاد را کرد نرم
زمین را ز شورش بر افتاد بیخفکند آسمان نعل و خورشید میخ
برون رفت از ایلاقیان سرکشیسواری شتابنده چون آتشی
ز سر تا قدم زیر آهن نهانبه سختی و آهندلی چون جهان
مبارز طلب کرد چون پیل مستکسی کامد از پای پیلان نرست
دلیران از او بددلی یافتندسر از پنجه شیر برتافتند
پس از ساعتی تندشیری سیاهبرون آمد از پرهٔ قلبگاه
بر اسبی بخاری به بالای پیلخروشان و جوشانتر از رود نیل
به ایلاقی اهرمن روی گفتکه آمد برون آفتاب از نهفت
منم جام بر دست چون ساقیاننه از باده، از خون ایلاقیان
نگفت این و بر مرکب افشرد رانبرافراخت بازو به گرز گران
ز کوپال آن پیل جنگآزمایدرآمد سر پیلپیکر ز پای
شد ایلاقی از گرز پولاد پستز طوفان خونش زمین گشت مست
سواری سرافرازتر زان گروهبران کوهکن راند مانند کوه
به زخمی دگر با زمین پست شدچنین چند گردنکش از دست شد
سرانجام کار آن سر انداختنغروریش داد از سر افراختن
ز پولاد درعان الماس تیغبسی کشت و هم کشته شد ای دریغ
ز پیشین گهان تا نمازی دگربه میدان نشد رزمسازی دگر
دگر باره خون در جگر جوش زدقضا را قدر بر بناگوش زد
ز روسی سواری درآمد چو پیلرُخی چون بِقَم چشمهایی چو نیل
برون خواست از رومیان هم نبردهمیکرد مردی همیکشت مرد
بدین گونه خیلی به خون در کشیدتنی چند را جان ز تن برکشید
ز بس کشتن مرد جنگ آزماینیامد کسی را سوی جنگ رای
چو روسی به رومی چنان دست یافتز کوپال خود پیل را پست یافت
همی گشت پولاد هندی به مشتتنی چند رومی و چینی بکشت
چو بالای نیزه درازی گرفتدران معرکه نیزه بازی گرفت
ز پهلوی لشگرگه شهریاربرون راند مرکب یکی شهسوار
نه اسبی، عقابی برانگیختهنه تیغی، نهنگی درآویخته
حریر تنش در قژاکند زردکلاهی ز پولاد چون لاجورد
به میدان درآمد چو عفریت مستیکی حربهٔ چار پهلو به دست
طریدی برآورد و با روس گفتکه خواهی همین لحظه در خاک خفت
زریوند مازندرانی منمکه بازی بود جنگ اهریمنم
چو روسی درو دید و در پیکرشز صفرا به گشتن درآمد سرش
شد آگه که در گشت ناورد اونباشد چو او مرد و هم مرد او
عنان سوی لشگرگه خویش دادهزیمت همی رفت چون تندباد
رها کرد حربهٔ سوار دلیرپس پشت آن پشت بر کرده شیر
گریزنده را حربه خارید پشتبرون شد ز سینه سنان چار مشت
ز تیزی که شد مرکب بادپایرساند آن تن سفته را باز جای
چو دیدند کان اژدهای نبردصلیبی کند صلب مردان مرد
بر او خویش و بیگانه بشتافتندصلیبی شده کشتهای یافتند
عنانها فرو بسته شد پیش و پسز پرطاس روسی نجنبید کس
چو لشگر شد از صبر کردن ستوهبرون رفت روسی چو یکباره کوه
ز خویشان قنطال کوپال نامگو پیلتن کرد بر وی خرام
دو شمشیر زن درهم آویختندز هر سوی شمشیری انگیختند
سرانجام کوشش زریوند گُردبه یک زخم، جانِ ستیزنده برد
چنین تا ز روسان گردنگرایدرآورد هفتاد تن را ز پای
برآشفت قنطال از آن شیر تندکه پای سپه دید ازان کار کند
بپوشید جوشن برافراخت ترگچو سروی که تیغش بود بار و برگ
درآمد به زین چون یکی اژدهاسر بارگی کرد بر وی رها
زریوند چون دید کامد هژبربغرید مانند غرنده ابر
کشیدند بر یکدگر تیغ تیزز گرمی شده چون فلک گرمخیز
دو پره چو پرگار مرکز نوردیکی دیر جنبش یکی زود گرد
بسی گرد بر گرد تاختندبسی زخم چون آتش انداختند
نمیشد یکی بر یکی کامگارز پیشین درآمد به شب کارزار
هم آخر یکی تیغ زد شاه روسبر آن مرد آراستهٔ چون عروس
درآوردش از زین زر سوی خاکبرآورد از آن شیر شرزه هلاک
کشنده چو بر خصم خود کام یافتبه شادی سوی لشگر خود شتافت
جهاندار ازان کار شد تنگدلکه سالار گیلی درآمد به گل
بفرمود بر ساختن کار اوبه شرطی که باشد سزاوار او
Dan yeri sökərkən saqi qalxdı şən,Şərabdan torpağa yaqut səpərkən,
Od saçan dəniztək hər iki əsgərPusquda yenə də kaman çəkdilər.
O qanlı meydana çaparaq təkrarAslan yıxmaq üçün ova çıxdılar.
Gurlayan şeypurlar çaldıqca çalır,Başlardan ağıl, huş, üzdən rəng alır.
Qurd gönlü təbillər etdikcə fəryad,Ürək yox, yumşalır ən qatı polad.
Səs-küydən titrədi yerin damarı,Göy atdı nalını, Günəş mismarı,
Dikbaş bir eylaqlı susadı qana,Atını od kimi sürdü meydana.
Vücudu gizlənmiş polad içində.Ürəyi dünyadan bərk idi kində.
Döyüşmək istədi qızmış filbədən,Gələn qurtulmadı dəmir gürzündən.
Qorxdu dəhşətindən hər bir namidar,O aslanpəncədən baş qaçırdılar.
Bir saat sonra bir acıqlı aslanMeydana at çapdı öz ordusundan.
Buxara atında qızmış fil kimi,Atıldı irəli daşqın Nil kimi.
İgid eylaqlıya bağırdı gələn:“İşıqlı, al Günəş çıxdı pərdədən,
Əlində saqitək cam olan mənəm!Eylaqlı qanından şərab içənəm!”.
Atı məhmizlədi bitincə sözü,Yuxarı qaldırdı o, polad gürzü.
Qızmış fil vurduğu kəskin mizraqdanFil vücudun başı gəldi ayaqdan.
Eylaqlı toppuzdan oldu sərsəri,Onun qan tufanı məst etdi yeri.
Onlardan bir atlı çıxdı meydana,Dağ kimi yanaşdı o dağyarana.
Aldığı zərbədən oldu yerlə bir,Əlində çox igid can verdi bir-bir.
Belə baş qoparmaq nəticəsindəBir qürur göründü hər şivəsində.
Bir çox polad geyim, almaz qılınclarQarşıya çıxınca oldular şikar.
Səhərdən ikindi çağına qədərOlmadı qarşıya çıxan bir nəfər.
Vurdu qulağından qəzanın qədər,Yenidən qanlarla qaynadı ciyər.
Ruslardan at çapdı bir gövdəsi fil,Üzü qıpqırmızı, gözləri bir Nil.
Rumlardan pəhləvan istəyib durdu,Çox mərdlik göstərdi, mərd başlar vurdu.
Qanını axıtdı, kimə yan aldı,Bir neçə bədəndən şirin can aldı.
Sınaqlı igidin bu baş-kəsindənOlmadı rumlardan meydana gələn.
Ruma əl tapınca rus aldı meydan,Filləri süst gördü öz çomağından.
Oynatdı qılıncı, coşdurdu kini,Öldürdü bir neçə rumlu, çinlini,
Nizəylə boynunu bir az uzatdı,Qürurla meydanda nizə oynatdı.
Rum qərargahının yaxın böyründənAtını çapdı bir adlı döyüşkən.
At deyil, bir şahin oynatdı qəşəng,Yox, qılınc deyildi, asmışdı nəhəng.
Əynində ipəkdən bir çuqalı var.Başını bir polad dəbilqə oxşar.
Sərxoş ifrit kimi soxuldu hərbə,Əlində dördbaşlı bir kəskin zərbə.
Nizəni qaldırdı rusa baxaraq,Dedi: “İstəmirsən torpaqda yatmaq,
Bil, mazandaranlı Zərivənd mənəm!Döyüşdə divlərlə mən əylənənəm”.
Ondakı heybətdən rus bir şey qandı,Səfrası qarışdı, başı fırlandı.
Meydanı daraldı - anladı o kəs,Bu başqa hərifdir, ona bənzəməz.
Atı oynatmadı, çəkildi geri,Bildi ki, mərdlikdə yox bərabəri.
Cilovu çevirdi tez ordugaha,Yel kimi sovuşdu, durmadı daha.
Aslana çevirdi arxa, arxadanZərbəni endirdi ona pəhləvan.
Qaçanın belini zərbəsi yardı,Köksündən dördbaşlı nizə çıxardı.
Uçan at yel kimi keçdi meydanı,Ruslara yetirdi o əzgin canı.
Tanış, yad qaçaraq tutdular xəbər,Səlibə dönmüş bir ölü gördülər.
Bildilər döyüşkən, qızmış əjdaha,İgidlər belinə xaç vurdu daha.
Çəkildi arxada, öndə yüyənlər,Çıxmadı Burtasdan, rusdan bir nəfər.
Qoşunun nəhayət səbri tükəndi,Bir rus pəhləvanı dağtək tərpəndi.
Qıntala qohumdu, adı da Kupal,Filcanlı pəhləvan yanaşdı, dərhal
Girdi bir-birinə iki çarpışan,Qılınclar oynadı hər iki yandan.
Zərivənd nəhayət bir qılınc çaldı,Kupal pəhləvanın canını aldı.
Belə bir hünərlə dikbaş ruslardanYetmiş nəfərini qırdı pəhləvan.
Acıqlı aslandan qıvrıldı Qıntal,Ordunu döyüşdə görüncə topal,
Pəhləvan atlandı zireh geyərəkBudağı qılıncdan olan sərvtək.
Atıldı əjdaha yəhər qaşına,Yüyəni buraxdı meydan başına.
Zərivənd görüncə bu əjdahanıKükrəyən buludtək oynadı qanı.
İki iti qılınc çıxdı qınından,Göy kimi istidən qızışdı meydan.
Pərgar pərləritək mərkəzi ölçən,Biri geç, birisi sürətlə keçən,
Çatıb bir-birinə, girdilər hərbə,Yaralar açaraq, vurdular zərbə.
Qazana bilmədi heç biri zəfər,Çarpışma uzandı gecəyə qədər.
Nəhayət, bir qılınc endirdi Qıntal,O gəlin bəzəkli igidi dərhal
Torpağa düşürdü qızıl yəhərdən,Aslan pəncəsində öldü filbədən.
Öldürən girincə düşmən qanına,Sevincək döndü öz ordugahına.
Bu işdən sıxıldı böyük tacidar,Torpağa sərildi gilanlı salar.
Əmr etdi igidi etsinlər rahət,Adına münasib edilsin xidmət.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-serefname-50
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tovuza bənzəyən o afəti-canŞəkər tüngün açdı ləl sandığından.
Xosrov və Şirin, fəsil 72Xosrov yenə dedi: "İnsaf elə bir,Böylə danışmaqla günümüz keçir.
Xosrov və Şirin, fəsil 73O ipək geymiş ay başladı sözə,Şəkər xəznəsini çıxardı üzə.
Xosrov və Şirin, fəsil 74Gördü ki, naz edir o zülfü siyah,Qılınc oynatmaqdan əl götürdü şah.