Xosrov və Şirin, fəsil 73
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
ز راه پاسخ آن ماه قصبپوشز شکر کرد شه را حلقه در گوش
O ipək geymiş ay başladı sözə,Şəkər xəznəsini çıxardı üzə.
گشاد از درج گوهر قفل یاقوترطب را قند داد و قند را قوت
Gövhər mücrüsündən qıfılı açdı,Xurmanın üstünə qənd tozu saçdı,
مثالی داد مه را در سواریبراتی مشک را در پردهداری
Ay kimi yüksəkdə tutdu tacını,Saldı ay üzünə müşk saçını.
ستون سرو را رفتن در آموختچو غنچه تیز شد چون گل برافروخت
Sərvə öyrətdi ki, nədir yerimək,Qönçətək qıvrıldı, alışdı gültək.
به خدمت بوسه زد بر گوشهٔ بامکه باشد خشت پخته، عنبر خام
Xidmət göstərməkçün əyildi yerə.Xam kərpiclər döndü təzə ənbərə.
چو نوبت داشت در خدمت نمودنبرون زد نوبتی در دل ربودن
Xidmət üçün şaha bir çadır qurdu,Könül ovlamağa çox kələk vurdu.
نخستین گفت کاِی دارای عالمبر آورده عَلم بالای عالم
Əvvəlcə dedi ki, "Ey hörmətli şah,Bayrağına aləm olub qərargah.
ز چین تا روم در توقیع نامتقدرخان بنده و قیصر غلامت
Çindən Ruma qədər deyilir namın,Qədrxan qulundur, Qeysər qulamın.
نه تنها خاک تو خاقان چین استچنینت چند خاکی بر زمین است
Qulun yalnız o Çin xaqanı deyil,Neçəsi qul olur hökmündə hər il.
هر آن پالودهای کاو خود بوَد زردبه چربی یا به شیرینی توان خورد
Yağlı, şirin olsa paludə əgər,Tamah salıb ona hər görən yeyər.
من آن پالودهٔ روغنگذارمکه جز نامی ز شیرینی ندارم
Mən yağı qurtarmış o paludəyəmKi, Şirin sözündən başqa mayəyəm.
بلی تا گشتم از عالم پدیدارتو را بودم به جان و دل خریدار
O gündən ki, gəldim dünya üzünə,Candan bənd oldum mən xumar gözünə.
نه پی در جستوجوی کس فشردمنه جز روی تو کس را سجده بردم
Nə başqa birini könül axtarar,Nə üzündən başqa səcdəgahım var.
ندیدم در تو بوی مهربانیبه جز گردنکشی و دلگرانی
Görməmişəm səndən bir mehribanlıq,Görmüşəm təkəbbür, cəfa, yamanlıq.
حساب آرزوی خویش کردنبه روی دیگران در پیش کردن
Öz istəklərinin dalınca getmək,Qeyrinin üzünə qapı bərkitmək -
نه عشق این شهوتی باشد هواییکجا عشق و تو ای فارغ کجایی
Bu, sevgi deyildir, şəhvətdir ancaq,Sən hara, eşq hara, bir diqqətlə bax.
مرا پیلی سزد کاو را کنم بندتو شاهی، بر تو نتوان بیدق افکند
Mənə fil gərəkdir, salam dərbədər,Sən şahsan, piyada sənə nə edər?
به مهمانِ غزالی، چون شود شیر؟ز گنجشکی، عقابی کی شود سیر؟
Nə zaman ceyrana şir qonaq olmuş?Necə bir sərçədən doyar qaraquş?
تو گر سروی و من پیش تو خاشاکنه آخر هر دو هستیم از یکی خاک؟
Sən sərvsən, mənsə çör-çöp, dəyərsiz,Axı bir torpaqdan göyərmişik biz,
سپند و عود بر مجمر یکی دانبُخور و دود و خاکستر یکی دان
Manqalda üzərlik ud ilə birdir,Onların tüstüsü, külü eynidir.
کبابی باید این خان را نمک سودمگس در پای پیلان کی کند سود؟
Duzlu kabab gərək sənin süfrənə,Əzilmiş milçəkdən nə çıxar sənə?
زبانت آتشی خوش میفروزدخوش آن باشد که دیگت را نسوزد
Dilindən yüksəlir püskürən odlar,Gözlə ki, bu odda qazanın yanar.
چو سِیلی کآمدی در حوضِ ماهیمراد خویشتن را برد خواهی
Balıqlı hovuza seltək gəldin sən,Könlündə arzunla geri dönərsən.
ز طوفان تو خواهم کرد پرهیزبر این در، خواه بنشین خواه برخیز
Sənin tufanından qorunacağam,İstərsən get burdan, istər qal müdam.
کمند افکندنت بر قلعهٔ ماهچه باید چون نیابی بر فلک راه
Ayın qalasından kəməndini çək,Ora yol tapmazsan, yüksəkdir fələk.
به شببازی فلک را در نگیریبه افسون، ماه را در بر نگیری
Oyunbazlıq ilə fələk tutulmaz,Ayı əfsun ilə ovlamaq olmaz.
درِ ناسفته را گر سفت بایدسخن در گوش دریا گفت باید
Deşilməmiş dürrü deşmək istəsən,Dəniz qulağına sözünü de sən.
بر باغ ارم پوشیده شاخ استغلط گفتم، درِ روزی فراخ است
Gizlində qalmışdır cənnətin barı,Səhv etdim, genişdir ruzu hasarı.
من آبم، نامِ آبِ زندگانیتو آتش، نامِ آن آتش جوانی
Mən suyam, adım da ab-həyatdır,Sən odsan, cavanlıq bu oda addır.
نخواهم آب و آتش در هم افتدکز ایشان فتنهها در عالم افتد
İstəmirəm su od üstünə ensin,Onlardan dünyada fitnə törənsin.
به ار تا زنده باشم گرد آن کَسنگردم کز من او را غم بود بس
Yaxşısı budur ki, nə qədər sağam,Məndən gen qaçana yaxın durmayam.
بُرو هم با شکر میکن شکاریتو را با شهد شیرین نیست کاری
Şəkərin yanına get, ovun yenə,Toxunma Şirinin bal ləblərinə,
شکربوسی لب کَس را نشایدمگر دندان که او خردش بخاید
İnci dişlərimdən qeyri heç bir kəs,Şəkər dodağımdan bal əmə bilməz.
به شیرین بوسه را بازار تیز استکه شیرینی لبش را خانه خیز است
Ləzzət verir hər dəm öpmək Şirini,Çün baldan şirindir ondakı şirni.
به شیرین از شکر چندین مزن لافکه از قصاب دور افتد قصبباف
Şirinə şəkərdən dəm vurma, bir bax,Qəssabdan qəsəbbaf durur çox uzaq.
دو باشد منجنیق از روی فرهنگیکی ابریشم اندازد یکی سنگ
Lüğətdə ikidir, bil, mancanaqlar,Lakin biri ipək, biri daş atar.
به شکر نشکند شیرینی کسلب شیرین بود شکرشکن بس
Şirini azaltmaz dadı şəkərin,Şəkər bazarını sındırar Şirin.
تو را گر ناگواری بود از این بیشز شکر ساختی گلشکر خویش
Məcazın təlx ikən işlətdin bir fənd,Şəkərdən qayırdın özünə gülqənd.
شکر خواهی و شیرین نیز خواهیشکار ماه کن یا صید ماهی
Şəkəri aşırıb, Şirin istərsən,Ya mahi gəl ovla, ya mahini sən.
هوای قصر شیرینت تمام استسر کوی شکر دانی کدام است
Şirinin qəsrində durduğun yetər,Beləsə, bəs neçin dilərsən şəkər?
من از خون جگر باریدن خویشنپردازم به سر خاریدن خویش
Ciyərimdən axıb tökülən bu qanMənə göz açmağa verməyir aman.
نیاید شهپرستی دیگر از منپرستاری طلب چابکتر از من
Şaha sitayişdə çox qüsurum var,Məndən bacarıqlı bir kəniz axtar.
به یاد من که باد این یاد بِدرودنوا خوش میزنی گر نگسلد رود
Çıxart artıq məni öz yaddaşından,Telin qırılmasa, yaxşı çalırsan.
به تندی چند گویی با اسیرانتو میگو تا نویسندت دبیران
Acıqlı danışma əsirlə böylə,Yazanlar qoy yazsın, sözünü söylə.
ز غم خوردن دلی آزاد داریبه دم دادن سری پرباد داری
Qəm yükündən azad ürəyin vardır,Nəşədən dediyin boş dastanlardır.
چه باید با تو خون خوردن به ساغربه دم فربه شدن چون میش لاغر
Neçin qədəhindən qan içəm gərək?Nəfəsdən kökələm arıq qoyuntək?
ز تو گر کار من بد گشت بگذارخدایی هست کو نیکو کند کار
Səndən yarımadım, neyləyim, ey şah?Allah var, işləri düzəldər allah.
نشینم هم در این ویرانه وادیبر انگیزم منادی بر منادی
Bu viranə çöldə yalqız qalaram,Carçı arxasınca carçı salaram.
که با شیرین چه بازی کرد پرویزعروس این جا کجا کرد او شکرریز
Yayaram ki, məni aldatdı Pərviz,Şəkərə dil verdi ona yarkən biz.
بس آن یک ره که در دام اوفتادمهم از نرخ و هم از نام اوفتادم
Bəsdir tora düşdüm, bir yol xam oldum,Həm qiymətdən düşdüm, həm bədnam oldum.
چو شد در نامها، نامم شکستهدرِ بینام و ننگان باد بسته
Bir qiyməti yoxdur indi adımın,Qapısı bağlanar arsız adamın.
ز در بستن رقیبم رسته باشدخزینه بِهْ که او در بسته باشد
Düşmən bu işimi görüb şad olur,Xəznənin qapısı qapansa xoşdur.
ز قند من سمرها در جهان استدرِ قصرم سمرقندی از آن است
Ləbim ki, aləmin şirin qəndidir,Qəsrimin qapısı Səmərqəndidir.
اگر بر در گشادن نیستم دستتوانم بر تو از گیسو رسن بست
Qapı açmasam da üzünə, inan,Sənə ip atardım bu saçlarımdan.
گرم باید چو مِی در جامت آرمبه زلف چون رسن بر بامت آرم
Meytək səni tökmək istəsəm cama,Saçıma bağlayıb çəkərdim dama.
ولی باد از رسن پایت ربود استرسنبازی نمیدانی، چه سود است؟
Ayağın bu ipdən üzülüb ancaq,Kəndirbaz deyilsən, nə çarə qılaq.
همان بِهْ کآن چه من دیدم به داغتنسوزم روغن خود در چراغت
Bəsdir, sinəmdə var səndən çox dağım,Sənin çırağında yanmasın yağım.
ز جوش خونِ دل چون باز گفتمشبت خوش باد و روزت خوش که رفتم
Qəlbimin dərdini çox bəyan etdim,Hər vaxtın xoş olsun, mən daha getdim."
بگفت این و چو سرو از جای برخاستجبین را کج گرفت و فرق را راست
Bunu deyib o sərv, çatdı qaşını,Qalxaraq dik tutdu məğrur başını.
پرند افشاند و از طَرْف پرندشجهان پر شد ز قالبهای قندش
Bir azca tərpətdi ətəklərini,Qənd tutdu dünyanın hər bir yerini.
بدان آیین که خوبان را بُوَد دستزَنَخدان میگشاد و زلف میبست
Gözəllərdə olan adət sayağıSaçını bağlayıb, açdı buxağı.
جمال خویش را در خز و خارابه پوشیدن همیکرد آشکارا
Camalını örtmək bəhanəsiyləOnu göstərməyə tapdı vəsilə.
گَهی میکرد نسرین را قصبپوشگَهی میزد شقایق بر بناگوش
Zərbəft geydirirdi nəsrinə bəzən,Lalə örpəyini çəkirdi hərdən.
گَهی بر فرقبند آشفته میبودگره میبست و بر مه مشک میسود
Bəzən çutqusunu düzəldib yenə,Saçını tökürdü o ay üzünə.
به زیور راست کردن دیر میشدکه پایش بر سر شمشیر میشد
Çox uzun çəkmirdi bəzək vurmağı,Qılınc üstündəydi sanki ayağı.
ز نیکو کردن زنجیر خلخالنه نیکو کرد بر زنجیریان حال
Xalxal zəncirini düzəldərkən o,Zəncirə düşürdü yenidən Xosrov.
ز گیسو گَه کمر میکرد و گَه تاجبدان تاج و کمر شه گشته محتاج
Saçını edirdi gah kəmər, gah tac,Kəmərə, taca şah qalırdı möhtac.
شقایق بستنش بر گردن ماهکمند انداخته بر گردن شاه
Ayın gərdəninə dolarkən örpək,Salırdı kəməndə şahı o mələk.
در آن حلواپزی کرد آتشی نرمکه حلوا را بسوزد آتش گرم
Halvanın odunu azaltdı nigar,Gur ocaq halvanı çünki yandırar.
چو هر هفت آن چه بایست از نکوییبکرد آن خوبروی از خوبرویی
Vurmuşdu üzünə yeddi cür bəzək,Gözəldən gözəldi, qəşəngdən qəşəng.
به شوخی پشت بر شه کرد حالیز خورشید آسمان را کرد خالی
Şuxluqla çevirdi üzünü şahdan,Qaraldı, günəşsiz qaldı asiman.
در آن پیچش که زلفش تاب میدادسرینش ساق را سیماب میداد
Uzun hörükləri hey tərpənirdi,Sağrısı, baldırı silkələnirdi.
به گیسوی رسنوار از پس پشتچو افعی هر که را میدید میکشت
Saçı bir adama rast olan kimi,Yerində çalırdı bir ilan kimi.
بلورین گردنش در طوق سازیبدان مشگین رسن میکرد بازی
Büllur kimi boynu boyunbağıtəkQara saçlarıyla edirdi hənək.
دلی کز عشق آن گردن همی مُردرسن در گردنش با خود همی برد
O büllur gərdənə kim olsaydı bənd,Saçından salardı boynuna kəmənd.
به رعنایی گذشت از گوشهٔ بامز شاه آرام شد، چون شد دلآرام
Damın guşəsindən getdi dilaram,Gedincə Xosrovda qalmadı aram.
بسی دادش به جان خویش سوگندکه تا باز آمد آن رعنای دلبند
Yalvarıb and verdi şirin canına,Yenə də qaytardı öz eyvanına.
نشست و لؤلؤ از نرگس همیریختبِدان آب از جهان آتش برانگیخت
Əyləşdi, gözündən tökdü mirvarı,Od saldı aləmə o göz yaşları.
به هر دستان که دل شاید ربودننمود آنچ از فسون باید نمودن
Nə hiyləsi vardı işlətdi, durdu,Qəlb oğurlamaqçün min əfsun qurdu.
عملهایی که عاشق را کند سستعجب سست آید از معشوقه چُست
Aşiqi süslədən bütün əməllərZirək məşuqənin əlindən gələr.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-73
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xosrov bilirdi ki, həmişə ŞapurŞirinin dərdini yaxşı ovudur.
Xosrov və Şirin, fəsil 67Qızıl bayrağını açanda aləm,Dağılmış qoşuntək qaçıb getdi qəm.
Xosrov və Şirin, fəsil 68O ay sifətlini Xosrov görərkənEtdi öz qəlbini o sərvə çəmən.
Xosrov və Şirin, fəsil 69Şaha cavab verdi o laləsifət:"Həmişəlik qalsın əlində dövlət!
Başqa şairlərin şeirləri
Sənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Qəzəl: Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib olduHərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
Gözlərinin giləsinəİgid olsa elə arxa,Can sadağa beləsinə.