جوابش داد سرو لاله‌رخسارکه دایم باد دولت بر جهان‌دار

فلک بند کمر شمشیر بادتتن پیل و شکوه شیر بادت

سری کز طوق تو جوید جداییمباد از بند بیدادش رهایی

به چشم نیک بینادت نکوخواهمبادا چشم بد را سوی تو راه

مزن طعنه که بر بالا زدی تختکنیزان تو را بالا بود رخت

عَلَم گشتم به تو در مهربانیعَلَم بالای سر بهتر تو دانی

من آن گَردم که از راه تو آیداگر گرد تو بالا رفت شاید

تو هستی از سر صاحب‌کلاهینشسته بر سریر پادشاهی

من از عشقت برآورده فغانیبه بامی بر چو هندو پاسبانی

جهان‌داران که ترکان عام دارندبه خدمت هندویی بر بام دارند

من آن تُرک سیه‌چشمم بر این بامکه هندوی سپیدت شد مرا نام

و گر بالای مه باشد نشستمشهنشه را کمینه زیردستم

دگر گفتی که آنان که‌ارجمندندچنین بر روی مهمان در نبندند

نه مهمانی‌، تویی باز شکاریطمع داری به کبک کوه‌ساری

و گر مهمانی‌ اینَک دادمت جایمن اینَک چون کنیزان پیش بر پای

به صاحب ردی و صاحب قبولینشاید کرد مهمان را فضولی

حدیث آن که در بستم روا بودکه سرمست آمدن پیشم خطا بود

چو من خلوت‌نشین باشم تو مخمورز تهمت رای مردم کِی بُوَد دور‌‌؟

تو را بایست پیری چند هشیارگُزین کردن، فرستادن بدین کار

مرا بردن به مهد خسروآیینشبستان را به من کردن نوآیین

چو من شیرین‌سواری زینی ارزدعروسی چون شِکر کاوینی ارزد

تو می‌خواهی مگر کز راه دستانبه نقلانم خُوری چون نُقل مستان

به دست آری مرا چون غافلانْ مستچو گل بویی کنی اندازی از دست

مکن پرده‌دری در مهد شاهانتو را آن بس که کردی در سپاهان

تو با شکر توانی کرد این شورنه با شیرین که بر شکر کند زور

شکرریز تو را شکر تمام استکه شیرین شهد شد وین شهد خام است

دو لَختی بود در‌، یک لَخت بستندز طاووس دو پر، یک پر شکستند

دو دلبر داشتن از یک‌دلی نیستدو دل بودن طریق عاقلی نیست

سزاوار عطارد شد دو پیکرتو خورشیدی تو را یک برج به‌تر

رها کن نام شیرین از لب خویشکه شیرینی دهانت را کند ریش

تو از عشق من و من بی‌نیازیبه من بازی کنی در عشق‌بازی

مزن شمشیر بر شیرین مظلومتو را آن بس که بردی نیزه در روم

چو سلطان شو که با یک گوی سازدنه چون هندو که با ده گوی بازد

ز دَه گویی به دَه سویی است ناوردز یک‌گویی به یک گویی رسد مرد

مرا از روی تو یک قبله در پیشتو را قبله هزار از روی من بیش

اگر زیبارخی رفت از کنارتاز او زیبا‌تر اینک ده هزارت

تو را مُشکوی مشکین پُر غزالانمَیفکن سگ بر این آهوی نالان

ز دوراندازی مُشکوی شاهمکه در زندان این دِیر است چاهم

شوَم در خانهٔ غمناکی خویشنگه دارم چو گوهر‌، پاکی خویش

گِل سرشوی از این معنی که پاک استبه سر برمی‌کنندش گر چه خاک است

بیاساید همه شب مرغ و ماهینیاسایم من‌، از جانم چه خواهی‌‌؟

منم چون مرغ در دامی گرفتهدری دربسته و بامی گرفته

چو طوطی ساخته با آهنین‌بندبه تنهایی چو عنقا گشته خرسند

تو در خرگاه و من در خانهٔ تنگتو را روزی بهشت آمد مرا سنگ

چو من با زخم خو کردم در این خارنه مرهم باد در عالم نه گل‌زار

دو روز عمر اگر داد است اگر دودچنان کش بگذرانی بگذرد زود

بلی چون رفت باید زین گذرگاهز خارا بِهْ بریدن تا ز خرگاه

بر این تن کو حمایل بر فلک بست،به سرهنگی، حمایل چون کنی دست؟

به گوری چون بری شیر از کنارمکه شیرینم نه آخر شیرخوارم

نه آن طفلم که از شیرین‌زبانیبه خرمایی کلیجم را ستانی

در این خرمن که تو بر تو عتاب استبه یک جو با مَنت سالی حساب است

چو زُهره ارغنونی را که سازمبیازارم نخست، آن گه نوازم

چو آتش گر چه آخر نور پاکمبه اول نوبت آخر دودناکم

نخست آتش دهد چرخ آن گهی آببه حال تشنگان دربین و دریاب

به فیاضی که بخشد با رطب خارکه بی‌خارم نیابد کس رطب‌وار

رطب بی‌استخوان آبی نداردچو مَه بی‌شب بود تابی ندارد

بسی هم‌صحبتت باشد در این پوستولیکن استخوان، من مغزم ای دوست

تو در عشق من از مالی و جاهیچه دیدی جز خداوندی و شاهی

کدامین ساعت از من یاد کردی‌؟کدامین روزم از خود شاد کردی‌؟

کدامین جامه بر یادم دریدی‌؟کدامین خواری از بهرم کشیدی‌؟

کدامین پیک را دادی پیامی‌؟کدامین شب فرستادی سلامی‌؟

تو ساغر می‌زدی با دوستان شادقلم شاپور می‌زد، تیشه فرهاد

Şaha cavab verdi o laləsifət:"Həmişəlik qalsın əlində dövlət!

Qılıncın eləsin fələyi dustaq!Şir qəlbin, fil gövdən olsun daim sağ!

Buyruğundan çıxan yaramaz başlarZülmün zəncirindən olmasın kənar.

Tən etmə ki, taxtı qurmuşam yüksək,Yüksəkdə otursun kənizin gərək.

Eşqinə bayrağam hörmət, həvəsdə,Yaxşıdır ucalsa bayraq baş üstə.

Mən sənin tozunam, çıxdım bu yerə,Qalxsın gərək sənin tozun göylərə.

Şahlıq yazılmışdır sənin baxtına,Odur ki, çıxmısan şahlıq taxtına.

Mən sənin eşqindən edirəm fəğan,Damda hindu kimi oldum pasiban.

Bir cahangirin ki, saysız qulu var,Damında keşikçi hindusu olar.

Qara gözlü türkəm bu dam üstə mən,Ağ hindu adını almışam səndən.

Ay üstündə belə salsam qərargah,Aciz bir qulunam, sən bir şahənşah.

Nəciblər vəfalı qalıb sözünə,Bağlamaz qapını qonaq üzünə.

Sən qonaq deyilsən, ovçu şahinsən,Dağ kəkliyi keçir indi könlündən.

Əgər bir qonaqsan, bu yer, bu hörmət,Sənə kəniz kimi edirəm xidmət.

Ya qəbul etsələr, ya rədd etsələr,Gərək dinməyəsən qonaqsan əgər.

Haqlıyam, qapını bağlamışam mən,Çünki görüşümə sərxoş gəlmisən.

Sən sərxoş gəlmisən, mən də burda tək,Görüb eşidənlər nə söyləyəcək?

Gərək sən bir neçə qoca tapaydın,Onlar gəlib işi edəydi aydın.

Xosrovun qəsrinə alaydın məni.Aparıb evinə salaydın məni.

Adam göndərəydin, kəsdirib kəbin,Bunlara layiqdir Şəkərtək Şirin.

İstədin qurasan mənə bir kələk,Yeyəsən məni bir şirin məzətək.

İstədin məst edib salasan tora,Gül kimi iyləyib atasan sonra.

Saraylarda pərdə yırtmaq əbəsdir,Sənə İsfahanda etdiyin bəsdir.

Sən gedib Şəkərlə keyf məclisi sür,Şirinlə yox, Şirin ondan güclüdür.

Şəkər bəsdir sənə şabaş üçün, al,Şirinsə bir baldır, özü də xam bal.

İkiydi qanadı gözəl tavusun,Qırdılar birini, qoy belə olsun!

Bir ürəkdə olmaz iki sevgili,İki ürəklinin düz olmaz dili.

Ütarid cüt bürclü olsa, yeri var,Sən günəşsən, sənə bir bürc yaraşar.

Dodaqlarından at getsin bu Şirin,Ağzı yara olur şirin yeyənin.

Məndən və eşqimdən sən biniyazsan,Mənimlə oynayan bir eşqbazsan.

Bir topa qane ol, dayan ər kimi,On topla oynama hindulər kimi.

On toplu fikrini verər on yana,Bir toplu tez salar işi sahmana.

Mənim bir qibləm var, o - sənin üzün.Sənin məndən başqa varındır yüzün.

Bir gözəl üzlünü itirdin əgər,Ətrafında vardır minlərlə dilbər.

Marallarla dolmuş o hərəmxana,Mən yazıq ceyranı gətirmə cana.

Şahın sarayından düşüncə uzaq,Məbəd quyusunda olunca dustaq,

Öz qəmli evimə dönərəm həmən,Gövhər ismətimi qoruyaram mən.

Gilabıda belə təmizlik ki, var,Bir torpaq olsa da, başa yaxılar.

Quşlar, balıqlar da gecə dincəlir,Mən gecə yatmıram, dediyin nədir?

Mən toruna düşmüş bir yazıq quşam,Qapını bağlayıb dama qonmuşam.

Tutitək isnişib dəmir qəfəsə,Zümrüdtək uzağam burda hər kəsə.

Sənin yerin saray, mənimki bu dağ,Sənin yerin cənnət, mən isə dustaq.

Yaraya alışdım tikanlıqda mən,Qoy nə məlhəm olsun, nə də bir gülşən.

İki günlük ömür tez keçər gedər,Ya xoş olsun, ya da bütün qəm, kədər.

Hamı keçməlidir bu yoldan, ancaqÇətindir saraydan köçüb ayrılmaq.

Həmayil bağladı fələyə Şirin,Ram eyləməz onu sənin sözlərin.

Aslanı maralla olmaz ovlamaq,Şirinəm, deyiləm südəmər uşaq.

Elə uşaqlardan deyiləm ki, mənXurmayla varımı alasan əldən.

Nə edim xirmənin çoxdur itabı,Bir arpamın çəkər bir il hesabı.

Zöhrətək ərğənun çalanda müdam,Əvvəl incidərəm, sonra oxşaram.

Od kimi olsam da axırda bir nur,Əvvəl tüstüm çıxar, adətim budur.

Buludlar od saçar, sonra verər su,Gözəllərin də bir adətidir bu.

And olsun xurmaya tikan verənə,Tikansız bir xurma vermərəm sənə.

Tumsuz xurmaların nidası olmaz,Gecəsiz bir ayın ziyası olmaz.

Çox şərab taparsan, böyükdür aləm,Ancaq acı olar, mənsə şirinəm.

Bu dünyada sənə çox olar həmdəm,Ancaq sümük olar, mənsə iliyəm.

Sən mənim eşqimdə nə gördün, ancaqBöyüklük, mal, cəlal, şahlıq, təmtəraq.

Hansı bir vaxt məni yad eyləmisən?Hansı bir gün məni şad eyləmisən?

Mənimçün yaxanı cırdığın varmı?Mənimçün könlünü qırdığın varmı?

Hansı bir qasidin məktub gətirdi?Hansı gecə mənə peyğam yetirdi?

Mey içib dostlarla sən olanda şadŞapur qələm çaldı, dağ çapdı Fərhad."

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri