بیا ساقی آن راحت‌انگیز روحبده تا صبوحی کنم در صبوح

Saqi, gəl ruhumu şənlədən mey ver!Xumarı atmağa səhərkən hey ver!

صبوحی که بر آب کوثر کنمحلال‌ست اگر تا به محشر کنم

Bu səhər şərabı kövsərə dəyər,Halaldır içsəm o məhşərə qədər.

جهان در بد و نیک پروردن استبسی نیک و بد‌هاش در گردن است

Yaxşıyla, yamanla dolmuş ruzigar,O yaxşı-yamandan boynunda çox var.

شب و روز از این پرده نیلگونبسی بازی چابک آرد برون

Hər gecə, gündüz bu niligun pərdə,Min fitnə, min oyun açar hər yerdə.

گر آید ز من بازی‌يی دلپذیرهم از بازی چرخ گردنده گیر

Məndən də bir oyun baş versə, inan,Onu da doğurmuş bu köhnə dövran.

ز نیرنگ این پرده دیر سالخیالی شدم چون نبازم خیال‌‌؟!

Xəyaltək incəldim çərx hiyləsindən,Necə oynamayım xəyal ilə mən?

بر آنم که این پرده خالی کنمدرین پرده جادو خیالی کنم

İstəyim: pərdəni bütün boşaltmaq,Bir cadu xəyalı işlətmək, ancaq.

خیالی برانگیزم از پیکر‌یکه نارد چنان هیچ بازیگر‌ی

Bir xəyal yaradım bu naxışdan mən,Gəlməsin cadugər, canbaz əlindən.

نخست آنچنان کردم آغاز اوکه سوز آورد نغمه ساز او

Mən elə başladım bu şux dastanı,Coşdurar sazımın səsi dünyanı.

چنان گفتم از هر چه دیدم شگفتکه دل راه باور شدش برگرفت

Ən doğru sözlər ki, oyadır maraq,Tarixdən onları bir-bir alaraq

حسابی که بود از خرد دور‌دستسخن را نکردم بر او پای بست

Düzdüm dastanıma, əsər yaratdım,Ağla sığmayanı büsbütün atdım.

پراکنده از هر دری دانه‌ایبرآراستم چون صنم خانه‌ای

Seçdim hər düzümdən bir inci, gövhər,Vurdum bu gərdəyə yaraşıq zivər.

بنا به اساسی نهادم نخستکه دیوار آن خانه باشد درست

Bərk təməl üstündə qurdum bir binaKi, ziyan dəyməsin divarlarına.

به تقدیم و تأخیر بر من مگیرکه نبود گزارنده را ز‌آن گزیر

Təqdimi, təxiri tutmayın nöqsan,Nöqsana məcburdur hər tarix yazan.

در ارتنگ این نقش چینی پرندقلم نیست بر مانی نقش‌بند

Bu Çin ipəyinin naxış evində,Maninin fırçası düşmüşdür bəndə.

چو می‌کردم این داستان را بسیچسخن راست‌رو بود و ره پیچ‌پیچ

Dastanı düzərkən fikrim açıqdı,Söz səlis olsa da, yol dolaşıqdı.

اثر‌های آن شاه آفاق‌گردندیدم نگاریده در یک نورد

İskəndər haqqında heç bir əsərdəMəlumat görmədim yığcam bir yerdə.

سخن‌ها که چون گنج آگنده بودبه هر نسختی در پراکنده بود

Sözlərlə dolmuşdur xəzinə içi,Ancaq hər nüsxə bir dağınıq inci.

ز هر نسخه برداشتم مایه‌هابرو بستم از نظم پیرایه‌ها

Hər köhnə nüsxədən əsas alaraq,Onu öz şeirimlə bəzədim, ancaq.

زیادت ز تاریخ‌های نوییهودی و نصرانی و پهلوی

Ən qədim tarixi əsərlərdən mən,Yəhudi, nəsrani, pəhləvilərdən

گزیدم ز هر نامه‌ای نغز اوز هر پوست پرداختم مغز او

Ən incə sözləri əlimə saldım,Qabığı ataraq, məğzini aldım.

زبان در زبان گنج پرداختماز آن جمله‌سر جمله‌‌‌ای ساختم

Müxtəlif dillərdən yığdım çox sözlər,Bunlardan düzüldü yazdığım əsər.

ز هر یک زبان هرکه آگه بوَدزبانش ز بیغاره کوته بود

Saydığım dilləri ətraflı bilən,Saxlar öz dilini mənə töhmətdən.

در آن پرده کز راستی یافتمسخن را سر زلف برتافتم

Hansı bir pərdədə doğru söz gördüm,O sözün telini şeirimlə hördüm.

وگر راست خواهی سخن‌های راستنشاید در آرایش نظم خواست

Bu işdə həqiqət arasan bir az,Nəzmdə həqiqət aramaq olmaz.

گر آرایش نظم از او کم کنمبه کم‌مایه بیتش فراهم کنم

Şeirimdən atsaydım bəzəkli donu,Azacıq zəhmətlə yazsaydım onu,

همه کردهٔ شاه گیتی خَرامدرین یک ورق کاغذ آرم تَمام

Bu böyük fatehin sərgüzəştindənBir vərəq yazmaqla bitirərdim mən.

سکندر که شاه جهان‌گرد بودبه کار سفر توشه‌پرورد بود

Dünyanı dolaşan böyük İskəndər,Yorulmaq bilmədən edirdi səfər.

جهان را همه چار‌حد گشت و دیدکه بی چار حد ملک نتوان خرید

Dünyanı dolaşıb dörd yanı gəzdi,Bilmədiyi mülkü fəth eyləməzdi.

به هر تخت‌گاهی که بنهاد پینگهداشت آیین شاهانِ کی

Hansı bir dövlətə verdi nəhayət,Kəyan adətinə göstərdi hörmət.

به جز رسم زردشت آتش‌پرستنداد آن دگر رسم‌ها را ز دست

Yalnız zərdüştlüyü qəbul etməmiş,Başqa adətlərə etdi pərəstiş

نخستین کس او شد که زیور نهادبه روم اندرون سکه بر زر نهاد

Dünyada ilk əvvəl o zinət qurdu,Yunanda sikkəni qızıldan vurdu.

به فرمان او زرگر چیره‌دستطلی‌های زر بر سر نقره بست

İskəndər əmrilə vermiş hər zərgər,Qızılın suyuyla gümüşə zivər.

خرد‌نامه‌ها را ز لفظ دریبه یونان زبان کرد کسوت‌گری

Farscadan hər əsər keçmiş əlinə,Tərcümə etdirmiş yunan dilinə.

همان نوبت پاس در صبح و شامز نوبت‌گه او برآورد نام

Qapıda üç növbət təbil vurdurmaqİskəndər dövründən qalmışdır ancaq.

به آیینه شد خلق را رهنمونز تاریکی آورد جوهر برون

Ulduz güzgüsüylə o böyük qeysərQaranlıq içindən çıxardı gövhər.

زدود از جهان شورشِ زنگ راز دارا ستد تاج و اورنگ را

Sildi şurişləri köhnə dünyadan,Taxt aldı, tac aldı qoca Daradan.

ز سودای هندو ز صفرای روسفروشست عالم چو بیت‌ُالعروس

Hindin sövdasını, rus səfrasınıSilərək parlatdı şən dünyasını.

شد آیینهٔ چینیان رایِ اوسرِ تختِ کیخسروی جایِ او

Rəyi bir güzgüdür çinlilər üçün,Odur Keyxosrovun taxtına üstün.

چو عمرش ورق راند بر بیست سالبه شاهنشهی بر دهل زد دوال

Ömründən keçirkən tam iyirmi ilŞahlığa ucadan vurdurdu təbil.

دویم ره که بر بیست افزود هفتبه پیغمبری رخت بربست و رفت

İyirmi yeddiyə çatınca yaşıPeyğəmbər olaraq, ucaldı başı.

از آن روز کوشد به پیغمبرینبشتند تاریخ اسکندری

İskəndər o gün ki peyğəmbər oldu,Onun tarixinə naxış vuruldu.

چو بر دین حق دانش‌آموز گشتچو دولت بر آفاق پیروز گشت

Dinə yol göstərən bir hikmət oldu,Dünyada mübarək bir dövlət oldu.

بسی حجت انگیخت بر دین پاکعمارت بسی کرد بر روی خاک

Din üçün etdi çox dəlillər icad,Bu dünya üzünü eylədi abad.

به هر گردشی گرد پرگار دهربنا کرد چندین گرانمایه شهر

Dünyanı gəzərkən döndü hər yana,Elədi çox böyük şəhərlər bina.

ز هندوستان تا به اقصای رومبرانگیخت شهری به هر مرز و بوم

Hinddən başlayaraq Yunana qədərHər yerdə tikdirdi böyük şəhərlər.

هم او داد زیور سمرقند راسمرقند نی کان چنان چند را

Səmərqənd şəhrinə o verdi zivər,Cəndi də tikdirmiş böyük İskəndər.

بنا کرد شهری چو شهر هریکز آنان کند شهر کردن کری

Həri də yadigar qalmışdır ondan,Varmıdır belə bir məmləkət quran?

در و بند اول که دربند یافتبه شرط خرد زان خردمند یافت

Dərbəndi deyirlər İskəndər qurdu,Əqliylə o şəhrə böyük səd vurdu.

ز بلغار بگذر که از کار اوستبه ناگاه اصلش بن غار اوست

Bulqar şəhrini o etdi bərqərar,O şəhrin adıdır əslində Bün-qar.

همان سد یاجوج ازو شد بلندکه بست آنچنان کوه تا کوه بند

Bağlayıb dağları biri-birinə,Yəcuc hasarını o çəkdi yenə.

جز این نیز بسیار بنیاد کردکزین بیش نتوان از او یاد کرد

Çox bina salmışdır bunlardan başqa,Onları saymaqla çatmaz ki, başa.

چو عزم آمد آن پیکر پاک راکه بخشش کند پیکر خاک را

Pak olan o vücud, ulu tacidarYerləri təqsimə verincə qərar,

صلیبی خطی در جهان برکشیداز آن پیش که‌آید صلیبی پدید

Dünyaya gəlmədən əvvəl xaçpərəst,Çəkdi bu dünyada xaç kimi bir xətt.

بدان چار‌گوشه خط اطلسیبرانگیخت اندازهٔ هندسی

Həmin bu dördbucaq ətləsi xətlə,Həndəsi ölçünü keçirdi ələ.

یکی نوبتی چار‌حد بر فراختکه بر نُه فلک پنج نوبت نواخت

Dörd bucaq üstünə bir də artırdı,Bu doqquz fələyə, beş növbət vurdu.

به قطب شمالی یکی میخ اویبه عرض جنوبی دگر بیخ اوی

Bir mıxı uzanmış Şimali qütbə,Bir kökü uzanıb getmiş Cənubə.

طنابی ازین سوی مشرق کشیدطنابی دگر زو به مغرب رسید

İpinin bir ucu Məşriqə çatmış,O biri Məğribə qol-qanad atmış.

بدین طول و عرض اندرین کارگاهکه را بود دیگر چنان بارگاه‌‌؟

Dünyada bu endə, uzunda böylə,Uca bir barigah kimdə var, söylə.

چو عزم جهان گشتن آغاز کردبه رشته زدن رشته‌ها ساز کرد

O gün ki istədi gəzsin dünyanı,Ölçməyə başladı əvvəl hər yanı.

ز فرسنگ و از میل و از مرحلهبه دستی زمین را نکردی یله

Hər bir məsahətdən, mərhələlərdənQalmadı bir qarış yer ölçülməyən.

مساحت‌گران داشت اندازه‌گیربر‌آن شغل بگماشته صد دبیر

Bu işdə hesabsız yerölçən vardı,Yüzlərcə katiblər ölçüb yazardı.

رسن بسته اندازه پیدا شدهمقادیر منزل هویدا شده

Uzun iplər ilə ölçüldü çöllər,Hesaba alındı bütün mənzillər.

ز خشکی به هر جا که زد بارگاهز منزل به منزل بپیمود راه

Aldığı quruda o saray qurdu,Mənzil-mənzil yolu ölçüyə vurdu.

وگر راه بر روی دریاش بودطریق مساحت مهیّاش بود

Mavi dənizdən də edərkən səfər,Onu da ölçüyə vurdu İskəndər.

دو کشتی به هم باز پیوسته داشتمیان دو کشتی رسن بسته داشت

Dənizdə yol ölçən iki gəmi var,Uzun bir ip ilə bağlanmış onlar.

یکی را به لنگرگه خویش ماندیکی را به قدر رسن پیش راند

Birisi yerində salardı ləngər,O biri ip boyu irəli gedər.

دگر باره این بسته را پای دادشتابنده را در سکون جای داد

Sonra yol gedənə ləngər salaraqLəngərli gəmiyə taxardı ayaq.

گه آن را گه این را رسن تاختیخطر بین، کزین سان رسن باختی

Gah onu, gah bunu belə sürürdü,Qorxmadan dənizi yarıb ölçürdü.

بدین گونه مساح منزل‌شناسز ساحل به ساحل گرفتی قیاس

Belə bir yol ilə bu mühəndislərÖlçürdü sahildən sahilə qədər

جهان را که از غم به راحت کشیدبدین هندسه در مساحت کشید

Dünyadan kədəri şah silə-siləÖlçüyə aldı bu həndəsə ilə.

زمین را که چند‌ست و ره تا کجاستترازوی تدبیر او کرد راست

Yerləri, yolları bu İskəndərinÖz tədbir ölçüsü etmişdir təyin.

همان ربع مسکون ازو شد پدیدبدان مسکن از ما که داند رسید‌‌؟!

O, rübi-məskunu etdi aşikar,Yoxsa bu yerlərə başqa kim çatar?

به هر مرز و هر بوم کاو راند رخشاز آبادی آن بوم را داد بخش

İskəndər hər yerə atını çapdı,O yerlər şənləndi, səadət tapdı.

همه چاره‌ای کرد در کوه و دشتچو مرگ آمد از مرگ بیچاره گشت

Dağlara, çöllərə tapdı min çarə,Ölümün əlində qaldı biçarə.

ز تاریخ آن خسرو تاجداربه کار‌آمد اینست که آمد به کار

Tarixdə nə varsa İskəndər şahdan, -Yalnız bunlar oldu işə yarayan.

جز این هر چه در خارش آرد قلمسبک سنگیی باشد از بیش و کم

Artıq mən nə yazsam bu şən dastanda,Az-çox, artıq-əskik olacaq onda.

چو نظمِ گُزارِش بوَد راه‌گیرغلط‌کردِ ره بوَد ناگزیر

Hər tarix şeir ilə alsa yaraşıq,Şübhəsiz, olacaq bir az dolaşıq.

مرا کار با نغز‌گفتار‌ی استهمه کارِ من خود غلط‌کاری است

Çünki incəlikdir işim, sənətim,Haqlıyam, bu işdə çıxsa qələtim.

بلی هر چه ناباورش یافتمز تمکین او روی بر تافتم

Doğru görmədiyim sözlərdən qaçdım,Ondan üz çevirib başqa yol açdım.

گزارش چنان کردمش در ضمیرکه خوانندگان را بود دلپذیر

Düzdüm bu tarixdən elə bir dastan,Könlündə bir sevinc duysun oxuyan.

بسی در شگفتی نمودن طوافعنان سخن را کشد در گزاف

Çox incəlik gəzsən, axtarsan, yəniYalana aparar sözün yüyəni.

وگر بی‌شگفتی گزاری سخنندارد نوی نامه‌های کهن

Yazdığım sözlərə verməsəm zivər,Yenilik verməz o köhnə nəğmələr

سخن را به اندازه‌ای دار پاسکه باور توان کردنش در قیاس

Qələmə gərəkdir elə söz almaq,Şüurdan, ağıldan olmasan uzaq.

سخن‌گر چو گوهر برآرد فروغچو ناباور افتد نماید دروغ

Parlaq inci kimi düzülən sözlərAğıla sığmazsa yalana bənzər.

دروغی که ماننده باشد به راستبه از راستی کز درستی جداست

Doğruya azacıq bənzəyən yalanYaxşıdır yalana bənzər doğrudan.

نظامی سبک باش، یاران شدندتو ماندی و غم، غمگساران شدند

Nizami, yubanma, yoldaşlar getdi,Sən qaldın, qəm qaldı, sirdaşlar getdi.

سکندر شه هفت کشور نماندنمانَد کسی چون سکندر نماند

Yeddi ölkə şahı - getdi İskəndər,İskəndər qalmadı, qalmaz bir nəfər.

مخور می به تنها بر این طرف جویحریفان پیشینه را باز جوی

Bu çayın başında tək içmə şərab,Köhnə dostlarını sən axtarıb tap.

گر آیند حاضر می‌ات نوش بادوگر نی، حسابت فراموش باد

Gəlsələr, nuş olsun, əldə qədəh tut,Nizami, yoxsa bu hesabı unut.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri