Şərəfnamə, fəsil 1
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
خدایا جهانپادشایی تو راستز ما خدمت آید خدایی تو راست
پناه بلندی و پستی توییهمه نیستند آنچه هستی تویی
همه آفریدهست بالا و پستتویی آفرینندهٔ هر چه هست
تویی برترین دانشآموز پاکز دانش قلم رانده بر لوح خاک
چو شد حجتت بر خدایی درستخرد داد بر تو گوایی نخست
خرد را تو روشنبصر کردهایچراغ هدایت تو بر کردهای
تویی کاسمان را برافراختیزمین را گذرگاه او ساختی
تویی کافریدی ز یک قطره آبگهرهای روشنتر از آفتاب
تو آوردی از لطف جوهر پدیدبه جوهرفروشان تو دادی کلید
جواهر تو بخشی دل سنگ راتو در روی جوهر کشی رنگ را
نبارد هوا تا نگویی ببارزمین ناورد تا نگویی بیار
جهانی بدین خوبی آراستیبرون زان که یاریگری خواستی
ز گرمی و سردی و از خشک و ترسرشتی به اندازهٔ یکدگر
چنان برکشیدی و بستی نگارکه به زان نیارد خرد در شمار
مهندس بسی جوید از رازشاننداند که چون کردی آغازشان
نیاید ز ما جز نظر کردنیدگر خفتنی باز یا خوردنی
زبان برگشودن به اقرار تونینگیختن علّت کار تو
حسابی کزین بگذرد گمرهیستز راز تو اندیشه بیآگهیست
به هرچ آفریدی و بستی طرازنیازت نه ای از همه بینیاز
چنان آفریدی زمین و زمانهمان گردش انجم و آسمان
که چندان که اندیشه گردد بلندسر خود برون ناوَرَد زین کمند
نبود آفرینش تو بودی خداینباشد همی هم تو باشی به جای
کواکب تو بربستی افلاک رابه مردم تو آراستی خاک را
تویی گوهرآمای چار آخشیجمسلسلکنِ گوهران در مزیج
حصار فلک برکشیدی بلنددر او کردی اندیشه را شهربند
چنان بستی آن طاق نیلوفریکه اندیشه را نیست زو برتری
خرد تا ابد در نیابد تو راکه تاب خرد برنتابد تو را
وجود تو از حضرت تنگبارکند پیک ادراک را سنگسار
نه پرکندهای تا فراهم شوینه افزودهای نیز تا کم شوی
خیال نظر خالی از راه توز گردندگی دور درگاه تو
سری کز تو گردد بلندیگرایبه افکندن کس نیفتد ز پای
کسی را که قهر تو در سر فِکَندبه پامردیِ کس نگردد بلند
همه زیرْدستیم و فرمانپذیرتویی یاوریده، تویی دستگیر
اگر پایِ پیل است اگر پرِّ موربه هر یک تو دادی ضعیفی و زور
چو نیرو فرستی به تقدیر پاکبه موری ز ماری برآری هلاک
چو برداری از رهگذر دود راخورَد پشّهای مغزِ نمرود را
چو در لشگرِ دشمن آری رحیلبه مرغان کُشی پیل و اصحاب پیل
گه از نطفهای نیکبختی دهیگه از استخوانی درختی دهی
گه آری خلیلی ز بتخانهایگهی آشنایی ز بیگانهای
گهی با چنان گوهرِ خانهخیزچو بوطالبی را کنی سنگ ریز
که را زَهرهٔ آنکه از بیمِ تو؟گشاید زبان جز به تسلیمِ تو
زبانآوران را به تو بار نیستکه با مشعله گنج را کار نیست
ستانی زبان از رقیبان رازکه تا راز سلطان نگویند باز
مرا در غبارِ چنین تیرهخاکتو دادی دلِ روشن و جانِ پاک
گر آلوده گردم من اندیشه نیستجز آلودگی خاک را پیشه نیست
گر این خاک روی از گنه تافتیبه آمرزشِ تو که ره یافتی ؟
گناهِ من ار نامدی در شمارتو را نام کی بودی آمرزگار
شب و روز در شام و در بامدادتو بر یادی از هر چه دارم به یاد
چو اوّلشب آهنگِ خواب آورمبه تسبیحِ نامت شتاب آورم
چو در نیمشب سر برآرم ز خوابتو را خوانم و ریزم از دیده آب
و گر بامدادست راهم به توستهمه روز تا شب پناهم به توست
چو خواهم ز تو روز و شب یاوریمکُن شرمسارم در این داوری
چنان دارم ای داورِ کارسازکزین بانیازان شوم بینیاز
پرستندهای کز رهِ بندگیکند چون تویی را پرستندگی
درین عالم آباد گردد به گنجدر آن عالم آزاد گردد ز رنج
مرا نیست از خود حسابی به دستحساب من از توست چندان که هست
بد و نیک را از تو آید کلیدز تو نیک و از من بد آید پدید
تو نیکی کنی من نه بد کردهامکه بد را حَوالت به خود کردهام
ز توست اوّلین نقش را سرگذشتبه توست آخرین حرف را بازگشت
ز تو آیتی در من آموختنز من دیو را دیده بردوختن
چو نام توام جاننوازی کندبه من دیو کی دستیازی کند؟
ندارم روا با تو از خویشتنکه گویم تو و باز گویم که من
گر آسوده گر ناتوان میزیَمچنان کافریدی چنان میزیم
امیدم چنانست از آن بارگاهکه چون من شوم دور ازین کارگاه
فروریزم از نظم و ترتیبِ خویشدگرگونه گردم ز ترکیبِ خویش
کند باد پرکنده خاکِ مرانبیند کسی جانِ پاک مرا
پژوهندهٔ حالِ سربستِ مننهد تهمتِ نیست بر هستِ من
ز غیب آن نمودارش آری به دستکزین غایب آگاه باشد که هست
چو بر هستیِ تو منِ سسترایبسی حجت انگیختم دلگشای
تو نیز ار شود مهدِ من در نهفتخبر ده که جان ماند اگر خاک خفت
چنان گرم کن عزمِ رایم به توکه خرّمدل آیم چو آیم به تو
همه همرهان تا به در با منندچو من رفتم این دوستان دشمنند
اگر چشم و گوش است اگر دست و پایز من بازمانند یکیک به جای
تویی آنکه تا من منم با منیدرین در مبادم تهیدامنی
درین ره که سر بر دری میزنمبه امّیدِ تاجی سری میزنم
سری کان ندارم ازین در دریغبه ار تاج بخشی بدان سر نه تیغ
به حکمی که آن در ازل راندهاینگردد قلم ز آنچه گرداندهای
ولیکن به خواهش من حکمکشکنم زین سخنها دلِ خویش خوش
تو گفتی که هر کس در رنج و تابدعایی کند من کنم مستجاب
چو عاجزرهاننده دانم تو رادرین عاجزی چون نخوانم تو را؟
بلی کار تو بنده پروردن استمرا کار با بندگی کردن است
شکسته چنان گشتهام بلکه خُردکه آبادیام را همه باد برد
تویی کز شکستم رهایی دهیوگر بشکنی مومیایی دهی
در این نیمشب کز تو جویم پناهبه مهتاب فضلم برافروز راه
نگهدارم از رخنهٔ رهزنانمکن شاد بر من دلِ دشمنان
به شکرم رسان اوّل آنگه به گنجنخستم صبوری ده آنگاه رنج
بلایی که باشم در آن ناصبورز من دور دار ای ز بیداد دور
گرَم در بلایی کنی مبتلانخستم صبوری ده آنگه بلا
گرَم بشکنی ور نهی در نَوَردکفی خاک خواهی ز من خواه گَرد
برون افتم از خود به پرکندگینیفتم برون با تو از بندگی
به هر گوشه کافتم ثنا خوانمتبه هر جا که باشم خدا دانمت
قرار همه هست بر نیستیتویی آنکه بر یک قرار ایستی
پژوهنده را یاوه زان شد کلیدکز اندازهٔ خویشتن در تو دید
کسی کز تو در تو نظاره کندورقهای بیهوده پاره کند
نشاید تو را جز به تو یافتنعنان باید از هر دری تافتن
نظر تا بدین جاست منزلشناسکزین بگذری در دل آید هراس
سپردم به تو مایهٔ خویش راتو دانی حساب کم و بیش را
Ey Tanrı, dünyaya sənsən padişah,Biz kiçik bəndəyik, sən böyük Allah.
Tək sənə sığmır hər yüksək, alçaq,Hər varlıq yoxluqdur, sən varsan ancaq.
Yuxarı, aşağı - hər gözə çarpan,Nə varsa, onları sənsən yaradan.
Sənsən hər biliyi bizə öyrədən,Torpağın köksündə qələm işlədən.
Sənin varlığına tapınca bürhan,Ağıl ilk inandı sənə, yaradan.
Sən ağlın gözünü işıqlandırdın,Sən doğru yollarda çıraq Yandırdın!
Göyləri sən qurdun, ucaltdın, Allah,Ona yer üzünü etdin güzərgah.
Sənsən bu aləmdə bir damcı sudan,Günəşdən işıqlı gövhər yaradan.
Gövhəri lütfünlə etdin aşikar,Sərrafın əlinə sən verdin açar.
Daşların bağrına düzdün gövhəri,Rənglərlə boyadın hər bir cövhəri.
Buludlar yağdırmaz, sən deməsən: “Yağ!”Sən “Bitir!” deməsən, bitirməz torpaq.
Özün də kimsədən kömək almadan,Yaratdın nə gözəl, səfalı cahan.
İstidən, soyuqdan, qurudan, yaşdan,Yoğurub yaratdın gözəl bir cahan.
Nə gözəl naxışlar vurdun xilqətə,Ağıllar heyrandır bu məharətə.
Bu sirri mühəndis axtarır hər an,Bilməyir, ən əvvəl, başladın hardan.
Uca sənətini seyr edirik biz,Yeməkdir, yatmaqdır yalnız işimiz.
Hər nəyi bəzədin, var etdin yoxdan,Onlara ehtiyac duymadın bir an.
Sən elə qurdun ki, yerin işini,Göyün, ulduzların bu gərdişini
Göyə ucalsa da düşüncə, fikir,Bu kəmənddən başı çıxa bilməyir.
Sən vardın varlıqlar olmayan zaman,Onlar yox olacaq, sən qalacaqsan.
Sən düzdün göylərə şux ulduzları,İnsanla bəzədin hər bir diyarı.
Fələyi uca bir hasara aldın,O yerdə idrakı kəməndə saldın.
Elə bir tağ vurdun daşsız, dirəksiz,Düşüncə o yerə yol tapmaz, şəksiz.
Zatına düşüncə, ağıl əl atmaz,Böyük qüdrətinə qüdrəti çatmaz.
Sənin varlığındır o laməkandanİdrak elçisini hər an daşlayan.
Dağınıq deyilsən ki, birləşəsən,Artıq da deyilsən, əskiləsən sən.
Xəyal da, nəzər də yolunda məhrum,Nə qədər axtarsa deyilsən məlum.
Ey Tanrı, sən hansı başı ucaltsan,Əyə bilməyəcək onu bir insan.
Qəhrinlə hər kimin əysən boynunu,Kimsənin köməyi dikəltməz onu.
Biz sənə bəndəyik, sənindir fərman,Hər kömək səndədir, sənsən əl tutan.
Fildə, qarışqada zəiflik, qüvvətSənin əmrindədir, ey ulu qüdrət!
Sənin qüdrətindən qüvvət alıncaİlanı məhv edər zəif qarınca.
Yollardan tüstünü qaldırsan əgər,Bir çibin Nəmrudun beynini yeyər.
İstəsən, əzilsin düşmənin beli,Quşlarla qırarsan əshabi-fili.
Gah kiçik nütfəyə qoydun qızıl tac,Gah xırda çərdəkdən yaratdın ağac.
Gah Xəlil alırsan bütxanələrdən,Gah dost yaradırsan biganələrdən.
Qiymətli cavahir doğan bir evdənƏbu Talibi də çıxaran sənsən.
Kimdə var cəsarət, qorxundan səninTəslimdən başqa bir kəlam söyləsin?
Yanına yol tapmaz məxluqun əli,Gizlin bir xəzinə sevməz məşəli.
Əsrarın hər zaman qalmaqçın gizlin,Bağlarsan dilini əsrar bilənin.
Sən məni yaratdın qara torpaqdan,Sən verdin işıqlı ürək, təmiz can.
Aludə olsam da məndə yox təqsir,Torpağın peşəsi aludəlikdir.
Günahdan qaçsaydı bu üzüqara,Bəs kim yol tapardı bağışlanmağa?
Olmasaydı mənim günahım hərgah,Sənə kim deyərdi: “Ey qəfur Allah!”
Gecələr, gündüzlər, hər axşam, səhər,Qəlbimdə, dilimdə bir sənsən əzbər.
Yuxuya getməzdən əvvəl, hər gecəMübarək adını çəkərəm, öncə.
Gecələr yuxudan qalxınca başım,Anaram səni, hey axar göz yaşım.
Sənə üz çevirrəm hər səhər erkən,Gecə də, gündüz də pənahım sənsən.
Hər zaman köməyə çağırram səni,Qapından ümidsiz qaytarma məni.
Ey Tanrı, dərdimə sən eylə əlac,Bu möhtac kəslərə olmayım möhtac.
Hər zaman bəndəlik yoluyla gedən,Zatına könüldən pərəstiş edən.
Olsun bu dünyada xəzinənlə şad,Qiyamət günündə əzabdan azad.
İnsanı dünyaya sənsən gətirən,Öldürən də sənsən, dirildən də sən.
Əldə nə hesabım, nə kitabım var,Yalnız sən bilirsən, nə hesabım var.
Yaxşının, yamanın açarı sənsən,Yaxşılıq səndəndir, yamanlıq məndən.
Bağışla, bir suçum varsa, ey Allah,Məndəndir yamanlıq, məndəndir günah.
Nə ki ilk naxışın sərgüzəşti var,Səndəndir, son söz də sənə qayıdar.
Kəsərli ayəni öyrətmək səndən,Şeytanın gözünü tikməksə məndən.
Adın mehribanlıq etsə bir qədər,Mənimlə oynaya bilərmi divlər?
Yararmı söz açmaq səninlə məndən,“Sən” demək, sonra da söyləmək ki, “mən”.
Ya qayğı içində, ya sakit, aram,Nə cür yaratdınsa, o cür yaşaram.
Ey Tanrı, ümidim bunadır ancaq,Bu köhnə dəzgahdan düşərsəm uzaq,
Elə ki, pozular tərkibim mənim,Dəyişər qurduğun tərtibim mənim.
Əsdikcə tozumu dağıdar yellər,Pak olan canımı görməz bir nəfər.
Halımı arayıb, edəndə heyrət,Varıma yox deyə, edərkən töhmət,
Sən yoxdan əlinə ver elə açar,Bilsin ki, bu yatan ölməmiş, yaşar.
Sənin varlığına bu gücsüz əlil.Göstərmiş nə qədər tutarlı dəlil.
Ölürsəm, bunu sən hamıya bildir:“Bədəni yatmışsa, canı diridir”.
Elə bir mətanət qızışdır məndə,Şad ürəklə gəlim sənə gələndə.
Mənimlə qapıya qədərdir dostlar,Məzara girdimmi, düşməndir onlar.
Tərk edər məni bu gözüm, qulağım,Bədəndən ayrılar əlim, ayağım.
Ey Tanrı, mənimlə yalnız sən varsan,Əliboş qaytarma məni qapından.
Qapında üzümü sürtərəm yerə,Bir tacla əvəz ver bu səcdələrə.
Bu başı qapından əsirgəmədim,Sən ona qılınc yox, tac ver, ey Rəbbim.
Əzəldən verdiyin hökmlər sönməz,Yazdığın silinməz, qələmin dönməz.
Hökmündə hazıram canla-başla mən,Təsəlli tapıram yalvarışla mən.
Sən dedin: “Dar gündə köməkçi mənəm!Hər dilək istəsən, qəbul edənəm”.
Sənsən acizlərə hər zaman pənah,Mən də bir acizəm, kömək ol, Allah!
Tək sənin işindir bəndəpərvərlik,Mənim vəzifəmdir etmək bəndəlik.
Qırdı varlığımı, əzdi bu fələk,Bütün şənliyimi sovurdu külək.
Tək sənsən qurtaran bu sınıqlıqdan,Qırsan da, yenə sən verirsən dərman.
Zülmətin qəlbindən üzümə yol aç,Fəzilət ayından yoluma nur saç.
Məni yolkəsəndən sən özün qurtar,Elə et, üstümə gülməsin əğyar.
Əvvəl şükrə çatdır, sonra dövlətə,Əvvəl səbrə çatdır, sonra zillətə.
Səbrimi tükədən bəlaları sənUzaq et, ey Tanrı, sən ki adilsən!
Məni hər bəlaya etsən mübtəla,Əvvəlcə, səbr ver, sonradan bəla.
Qırsan da, səlamət qoysan da, ancaqTələbin bir ovuc tozdur, ya torpaq.
Çürüyüb toz kimi dağılsa bədən,Yenə əl çəkmərəm bəndəliyimdən.
Düşsəm, hər bucağa səni anaram,Səni mən hər yerdə Tanrı sanaram.
Bütün varlıqların heçlikdir sonu,Tək sənə biçilmiş varlığın donu.
Kim səni, arasa əlində açar,Əli boşa çıxar, dolanar naçar.
Kim sənə gözünlə baxarsa əgər,Ömrü vərəq kimi yellərə verər.
Səni tapmaq olur səninlə, ancaq,Boşdur hər qapıda yüyən parlatmaq.
Mənzili göz tanır buraya qədər,Buradan keçdikdə taparsan xətər.
Varımı, yoxumu tapşırdım sənə,Hesabım aydındır o xəlq edənə.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-serefname-1
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məcnunun dayısı Səlim Amirinin Məcnunu görməyə gəlməsiBəli, söz sərrafı o vaxtdan bəri
Leyli və Məcnun, fəsil 38Ana öz oğluna boylandı bir az,Elə bil qəlbini doğradı almaz.
Leyli və Məcnun, fəsil 39Çərxin şəhsüvarı atlandı birdən,Meydanı zəbt etdi həriflərindən.
Leyli və Məcnun, fəsil 40Leyli qəfəsdəki o gözəl deyil,Tikilən qələlər xanımıdır, bil.
Başqa şairlərin şeirləri
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
VarHicran xəstəsiyəm dərdə giriftar,Mənim bu dərdimin nə loğmanı var.
İnciməzmiİstəyirəm, ərzi-halım danışım,Bu qürbətdə məndən el inciməzmi?!
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.