Bu torpağa çoxdan bərişəhid məzarları əkilməyibbərəkəti qaçıb zəmilərin.Havasında ilham azalıb,çaylarında su...Adam bu torpağınqısırlığından qorxur!..

Bu torpağa çoxdan bərişəhid qanı tökülməyibətri qaçıb gül-çiçəyin,Rəngi avazıyıb bayraqların.Nə qışının ayrılığı qalıb,Nə doğuşuna sevinirik baharın...

Qayıtdı, qayıtdıtorpağın bərəkəti,Yollar boyu qaynaya-qaynayaaxan qanımızla,güllələrin dəlik-deşikelədiyi kökümüzdənqabaran tufanımızla...güllələri maqnit kimi sorangözümüzlə.Tankların yuxaya döndərdiyiÜzümüzlə...

Qayıtdı, qayıtdıbayrağımın əsl rəngi,ilhamın qanadı,günəşin odu...Torpağım azadlıq doğacaq sabah!..Qorxum qalmadı!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən