Heyf mənim zəhmətimə,Get, səni gözüm görməsin.Sən nadanı adam sandım,Get səni gözüm görməsin.

Öz yarından gen qaçansan,Əğyarlarla canhacansan,Var-dövlətə aldanansan,Get, səni gözüm görməsin.

Əfqan eylər cənə nifrət,Görən bundan alsın ibrət.Sevdiyin də varmış xəlvət,Get, səni gözüm görməsim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri