Çobanla deyişmə
Şair Məmmədhüseynİtib mal qoyunum, sorağındayam,Dövran aman vermir, qəmxaram, çoban.Ar bilirəm evə bom-boş qayıdam,Kəsilibdi olan hər çarəm, çoban.
ÇobanŞair, xoş gəlmisən bizim ellərə,Qəm yemə, nəyin var taparam bu gün.Şöhrətin düşübdü şirin dillərə,Yolunda dağ-daşı çaparam bu gün.
Şair MəmmədhüseynBir kimsəyə yaxşı-yaman demədim,Özgə malı, haram tikə yemədim.Əyyaş zəmanədi, artır xiffətim,Fələyin əlindən hazaram, çoban.
ÇobanBu diyarda dağdan uca adın var,Fəxrisən hamının, demə, yadın var.Qurbandı bu sürü, budur böl apar,Oğru Qəhrəmanı tutaram bu gün.
Şair MəmmədhüseynMəmmədhüseynəm, mən ədalət istərəm,Doğru yola düz dəlalət istərəm.Oğruda, əyridə olarmı qeyrət,Çətin tapıb evə aparam, çoban.
ÇobanSeyfəddin çobanın düzdür hər sözü,Verər dost yolunda əllini, yüzü.Malını oğrular qaytarar özü,Ovçutək bərədə yataram bu gün.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-cobanla-deyisme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
تا دلم را کند سرای خودشلطفها میکند به جای خودش
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Çarə kimdür ələmi biçarə olmuş könlümüÇarə kimdür ələmi biçarə olmuş könlümü,Qandadur bir cəm edən sədparə olmuş könlümü.