Elmi həqiqətdən, bir bazar etdim,İftida eylədim, Ya Əlif-Əlif.Yüz on dörd surəni tamam eylədim,Oxuyub öyrəndim, Ya Əlif-Əlif.

Ələst aləmində ha dedim durdum,Haqq-taala əmrinə mən bir quldum.O, qada-bəladan bir ərkan buldum,Mən sənə sığındım, Ya Əlif-Əlif.

Qurtarginən bizi dərddən, bəladan,Yeri-göyü, ərşi-kürşü yaradan.Cəbrayıl vəhy gətdi ərşi-əladan,Göndərdi çox salam, Ya Əlif-Əlif.

Ürfan məclisində getdim söhbətə,Fəxr etməyən bir gün düşər zülmətə.Nicat yoxdur yalançıya, qeybətə,Sənsən fəryadımsan Ya Əlif-Əlif.

Məmmədhüseyn deyər, gəldim amana,Meracı qəzadan yetmişdim sana.Əyyub kimi şükür edəndim Sübhana,Ver mənim muradım, Ya Əlif-Əlif.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq