Yaxşıdır
Bir adam ki, sənlə ülfət eyləyə,Yəqin onun əsli-zatı yaxşıdır.Namərd sənə quzu-plov yedirtsə,Mərdin quru məhəbbəti yaxşıdır.
Dad-hazar çəkərəm, pərgarsız sazdan,Ver qurtar əlindən, nəzir-niyazdan.Gəzəyən gəlindən, güləyən qızdan,Söyləyən qarıdan lotu yaxşıdır.
Hərcayı sözlərdən dəng oldum başdan,Sallabaş adamdan, ciyəri daşdan.Bədnəzər qonşudan, yaman yoldaşdan,Qədir bilənlərin iti yaxşıdır.
Məmmədhüseyn deyər, kəlməsin teydən,Dərsini alıbdı Əlifdən-beydən,Gözəlsiz otaqdan, çörəksiz evdən,Çöllü-biyabanda otu yaxşıdır.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-yaxsidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir