Ey könül qafil olma,Əliyyi İmrana bax.Məhəmməd şəninə gələn,Ayeyi-Qurana bax.İsmayıl getdi Mina dağına,Haqqa qurban olmağa.Cəbrayıl bir qoç gətirdi,Sürməli qurbana bax.

Baxgınan şeytan ləyinə,Gör Adəmə nə etdilər.Haqq-taaladan səda gəldi,Sərəncamı atdılar.Adəm ilə Həvva ana,Bir-birini tapdılar.Həvva doğdu doxsan oğul,Gərdişi-dövrana bax.

Gəl biçarə Məmmədhüseyn,Aç gözün mövlanı tanı.Habil vurdu Qabili,Tökdülər nahaq qanı.Yer üzünü su götürdü,Qopdu Nuhun tufanı.Gəmisinə nicat verən,Ol Şahi-Mərdana bax.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri