Yaxşı sına
Namərd dar günündə unudar səni,Gen günündə ha düz, ha yaxşı sına.Mən aşıq, yaxşı sana,Yaxşını yaxşı sana.Qıyma pis dura-dura,Yerində yaxşı sına.Qədrini nə bilər nanəcib adam,Dost olanda əzəl bir yaxşı sına.
Lazım budur, hər kəs dura yolunda,Bilə qədrin düz cığırın, yolun da.Mən aşığam yolunda,Din-ərkanın yolunda.Cızığından çıxanın,Saqqalını yolun da!Yazıq canım, nadürüstün yolunda,Azmı cəfa çəkdin, di yaxşı sına!
Məmmədhüseynin düz ilqarı yaddadı,Meyli pis qohumdan yaxşı yaddadı.Mən aşığam, ya dadı,Əziz olmaz yad adı.Ancaq elə yad var ki,Demək olmaz yad, adı.Olmaz vəfasızın zövqü, ya dadı,Könül ver vəfalı, bir yaxşısına.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-yaxsi-sina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,