Tərsinə gedər
Günahkar qul oldum fani dünyada,Pozulub şövkətim tərsinə gedər.Mən aşıq tərsinəyə,Tər damar, tər sinəyə.Xəstənin gözü düşmüş,Yetkin nar, tər sinəyə.Heyif cavan ömrüm yetişdi bada,Dönüb ruzigarım tərsinə gedər.
Tapdılar firəngi alim içində,Oxudum dərsimi alim içində.Mən aşıq alim içində,Oxu dərsin alim içində.Dahan şəkər, dil inci,Dodaq balın içində.Arif məclisində, alim içində,Xoş olan əzbərim tərsinə gedər.
Məmmədhüseyn, oxu dərsin, yaz indi,Sevdiciyim, halı gözdən yaz indi.Aşıq deyər, yaz indi,Oxu dərsin, yaz indi.Ötür şeyda bülbüllər,Budur gəldi yaz indi.Al qələmi, sal xəttini yaz indi,Oxunan dəftərim tərsinə gedər.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-tersine-geder
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Kufə əhli bihəyalar şərmi, həyanı atdılar,Adəm olan yoldan çıxıb, bir-birin aldatdılar.
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
Bir busə üçün, – dedim, – ləbim mehmandır.Bir busəm üçün, – dedi, – baha bir candır.
Duz-çörəyi itirmə!İnsanın şərəfi, bəzəyi məncə,İnan, nə ipəkdir, nə tirmə, oğlum!